Gənclər seçkidə İlham Əliyevi dəstəkləyəcək

Əli Əhmədovun mesajı müsbət reaksiyalar yaradıb




Yeni Azərbaycan Partiyasının 2018-ci il prezident seçkilərində namizədi partiyanın sədri İlham Əliyev olacaq. Bu barədə YAP sədrinin müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov Gənclər Günü münasibəti ilə hakim partiyanın gənclər təşkilatı ilə görüşündə bildirib.

Əli Əhmədov bildirib ki, YAP-ın gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanması uğrunda çalışacaqlar: "Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin Yeni Azərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələrini verə biləcəklər”. Baş nazirin müavini bildirib ki, YAP gəncləri həmişə olduğu kimi, bu seçkilərdə də fəallıq nümayiş etdirəcəklər: "Gənclər seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcək”. 

Ə.Əhmədov vurğulayıb ki, İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu onun qələbəsinə əsas yaradır: 

"Lakin gənclər seçkilərin yüksək səviyyədə keçirilməsi üçün fədakarlıq göstərməlidirlər”. Xatırladaq ki, bu il oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. İndiyədək Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərin və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi partiyaları tərəfindən elan edilib.

Baş nazirin müavini Əli Əhmədov tərəfindən YAP-ın namizədi ilə bağlı verilən bəyanat, xüsusən, gənclərə ünvanlanmış mesaj Azərbaycanın gənc siyasi və ictimai fəalları tərəfindən çox müsbət reaksiya ilə qarşılanıb. Hakim partiyanın aktiv gənc üzvləri sosial şəbəkə üzərindən cənab Prezidentə öz dəstəklərini ifadə ediblər.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının üzvü Anar Məmmədov deyib ki, hər kəs ən layiqli namizədinə, Vətənini sevən, həmişə xalqının yanında olan liderinə səs verəcək. Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqın rifah halının yaxşılaşmasını, ölkədə sülh və əmin amanlığın bərqərar olunmasını, uğurlu siyasət nəticəsində ölkəmizin hər sahədə sürətlə inkişaf etməsini təmin edib: "YAP sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səs verək, qalib olaq”.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin əməkdaşı Eldar Orucov da bildirib ki, ölkə gəncləri Prezidentimizin uğurlu və uzaqgörən siyasətini hər zaman dəstəkləyəcək: "İlham Əliyev prezidentliyə ən layiqli namizəddir. Onun uğurlu siyasəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib. Gələcək fəaliyyətində Prezidentimizə hər zaman bol uğurlar arzu edirəm”.

Alim İlqaroğlu: "Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bu gün də Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir. Ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir”.

Ramil Vəlibəyov: "Hər zaman olduğu kimi hazırıq. Əminik ki, bu dəfə də sədrimiz, cənab İlham Əliyev parlaq qələbə qazanacaq. Xalqın mütləq əksəriyyətinin dəstəyini əldə edəcək. Buna şübhə yoxdur”.

Səba Məmmədova: "Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdır”.

Elmar Həsənov: "Dünya səviyyəli yarışlara ev sahibliyi edən Azərbaycan öz səviyyəsi ilə dünya ölkələri sırasında yüksək pillədə durur. Bu uğurun səbəbi ölkə başçısının uğurlu siyasətindən irəli gəlir. Biz gənclər cənab Prezidentimizin əhatəsində sıx birləşmişik. Hakimiyyətə, dövlətə və Prezidentimizə qarşı atılan ermənipərəst addımları bir-bir dəf edəcəyik. Bu gün və sabah görmək istədiyimiz bir prezident var, o da cənab İlham Əliyevdir”.

Səkinə Kərimova: "Biz ümummilli lider Heydər Əliyevin ideyalarını yaşatmaq üçün ölkə başçımız, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin ətrafında sıx birləşməli, ona hər zaman dəstək olmalıyıq”.

İranə Hüseynova: "Bütün Azərbaycan xalqının namizədi İlham Əliyevdir”.

Natəvan İsgəndərli: "Gənclərin inamı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrinin fonunda daha da güclənməkdədir”.
Ləman Əliyeva: "Biz Azərbaycan gəncləri cənab İlham Əliyevi dəstəkləyirik və Prezident seçkilərində ona səs verəcəyik”.

Samirə Əliyeva: "Azərbaycan vətəndaşları birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevi dəstəkləyəcəklər”.

İsmayıl