Baş nazirin müavini: “Onların biganəliyi azərbaycanlı girovlarla bağlı məsələdə də özünü göstərir”
"Girovlarla bağlı müraciətimizdən bir həftə keçir"
19:10 24.10.2014
Arxiv
450
"Beynəlxalq təşkilatlardan reaksiya yoxdur"
Baş nazirin müavini: “Onların biganəliyi azərbaycanlı girovlarla bağlı məsələdə də özünü göstərir”
Baş nazirin müavini: “Onların biganəliyi azərbaycanlı girovlarla bağlı məsələdə də özünü göstərir”
"Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin baş katibinə, Avropa Şurasının və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərmişik. Çox təəssüf ki, beynəlxalq təşkilatların bizə qarşı biganəliyi bu məsələdə də özünü göstərir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində deyib.
Əli Həsənov qeyd edib ki, girovlarla bağlı müraciətdən bir həftə keçsə də, hələ ki, beynəlxalq təşkilatlardan reaksiya yoxdur: "Bu, bir daha onu göstərir ki, beynəlxalq təşkilatların öz fəaliyyətlərində müxtəlif yanaşmaları var, onların ayrı-ayrı xalqlar, dövlətlər və millətlər haqqında ssenariləri var. Əgər bu təşkilatlar insan hüquqlarının qorunması ilə məşğuldurlarsa, o zaman dünyadakı bütün insanlara eyni gözlə baxmalı, problemlərin həllinə çalışmalıdırlar. Məlumat var ki, ermənilər girovluqda olan soydaşlarımızla bağlı oktyabrın 27-də qondarma məhkəmə prosesini başlatmaq istəyirlər. Bu da ermənilərin növbəti fitnəkarlığı, hiyləsi və qeyri-insani yanaşmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm