Goranboyda yararsız heyvan əti aşkarlandı




İyulun 16-da Dövlət Xidmətinin Goranboy Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Goranboy şəhəri Cəlil Məmmədquluzadə küçəsi ev 10-da yaşayan Rzayev İlqar Saşa oğlunun həyətində qanunsuz, antisanitar vəziyyətdə fəaliyyət göstərən heyvan kəsim yeri və 1 baş, çəkisi 125 kq olan, üst-üstə tökülmüş vəziyyətdə, üfunət iyi verən kəsilmiş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, aşkarlanan cəmdəkdən baytarlıq qanunvericiliyinə uyğun götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib.
Müayinələrin nəticəsinəəsasən iribuynuzlu heyvan cəmdəyinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz, insan və heyvan qidası üçün yararsız olması, baytarlıq-sanitariya tələblərinə cavab verməməsi, aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti olması nəzərə alınaraq onun zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq iyulun 20-də iribuynuzlu heyvan cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonunun Şahməmmədli kəndininərazisindəxüsusi ayrılmış yerdəkütləvi informasiya vasitələri və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.