Görənləri qorxuya salır

Bu it hər gün 1,3 kiloqram çəkilmiş ət yeyir



Onu "Monstr” adlandırırlar. Pitbul cinsindən olan bu itin başının diametri 71 sm-dir və o, görənləri qorxuya salır. 1,5 yaşı olan pitbulun çəkisi isə 79,8 kiloqramdır.

Bu it hər gün 1,3 kiloqram çəkilmiş ət yeyir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-Hempşir ştatında yaşayan Marlon və Layza Qrennan ailəsinin saxladığı "Halk” adlı bu pitbulun qorxunc, vahiməli görkəmi olsa da, o, balaca Cordanı çox sevir. Hətta 3 yaşlı Cordanı belində də gəzdirir. "Pitbulları qəddar, qaniçən, aqressiv it cinsi sayırlar. Belə deyil. Onlar sevdikləri insanların qayğısına qalır, qoruyurlar. Amma o da var ki, əgər bizdən hər hansı bir təhlükə hiss edərsə, Halk düşünmədən insanı parçalayaraq öldürə bilər”, - itin sahibi, sabiq boksçu Marlon Qrennan söyləyib.