
Göz qamaşdıran teatr, beləsi olmamışdı
20:36 31.01.2018
Arxiv
618

İtaliyada Andromeda Teatrı ölkənin gedib görməli ən maraqlı nöqtələrdən birdir.
İtalyanın möhtəşəm dağ və vadi mənzərəsini bürüyən açıq hava teatrı, adamı heyran edir. Dağ kəndi Santo Stefano Quisquinada yerləşən teatr, möhtəşəm detalları ilə diqqət çəkir.
Santo Stefano Quisquinada yaşayan Lorenzo Reina eyni zamanda həm əkinçiliklə, həm də heykəltəraşlıq sənəti ilə məşğul olur. Sənətiylə təbiəti görüşdürmək üçün tam 30 il işləyən yaradıcı sənətçi, Andromeda teatrını yaradaraq göz oxşayan bir işə imza atıb. Kənd mühitində doğulub böyüyən Reina, həyatı boyunca kənd işləri ilə məşğul olub. Bu sahədə mütəxəssisləşsə də, ürəyinin sənətdə, xüsusilə heykəltəraşlıqda olduğunu kəşf edib. Xəyallarının arxasına düşən Lorenzo Reina, atasının ölümündən sonra doğulub, böyüdüyü kəndə geri dönür və hekayə də burada başlayır. Bütün duyğularını heykəllərə verən Reina bənzərsiz bir açıq hava teatrı qurur. Mükəmməl bir mənzərəsi olan Santo Stefano Quisquinada çox gözəl bir iş ortaya qoyur. Cəmi 300 hektarlıq bir ərazidə qurulan teatr müxtəlif heykəllərlə bəzədilir. Bu günkü halına gəlməsi uzun bir zaman alan teatr cəmi 108 kreslo daşından ibarətdir. Hər bir daşın müəyyən bir məntiqə görə yerləşdirildiyi teatrda Andromedanın tarixi var. Maraqlı dizaynı ilə açıq hava teatrı tarixində inqilab edən sənətçi, bu sahədə xəyallarına yer verir. Teatrın ətrafında maraq oyandıran bir çox əsər var. Ətrafında tüklərlə can verilən Icarus heykəli ziyarətçilərə tam fərqli duyğular yükləyir. İncə detallar və fövqəladə əl işinin yer aldığı heykəllər böyük marağa səbəb olur. Sənətçinin əsərlərini sərgilədiyi səkkizbucaqlı bir muzey də bu sahədə yer alıb. Arxitekturasında maraqlı detallra yer verilən teatr, bəzi inancların işarələrini də özündə ehtifa edir. (Milliyet) Andromeda ulduzlarının 108 sayı, hinduizm, budizm, sihizm və jainizm kimi inanclara görə müqəddəs sayılır. Yaz mövsümlərində tədbirlərə ev sahibliyi edən sahə, herkellerin günəş şüalarının düşdüyü bölgələrə görə yerləşdirilməsi ilə də diqqət çəkir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm