"Sherg.az" xəbər verir ki, bu barədə "Atrlas"Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Mərkəz rəhbəri qeyd edib ki, 3 deputatın partiyanı tərk etməsi ilə "Gürcü arzusu” parlamentdə konstitusion çoxluqdan məhrum oldu:
"Gürcü Arzusu” dağılırmı ? - ŞƏRH
09:07 25.02.2019
Arxiv
570
"Gürcüstanda hakim "Gürcü arzusu” partiyasını 3 deputat tərk edib. Bu partiyanın qurucusu, faktiki qanunverici və idarəetmə strukturuna kənardan nəzarət və rəhbərlik edən oliqarx Bidzina İvanişviliyə ciddi zərbədir. Çünki, "Gürcü arzusunu” tərk etmək istəyənlərin sayı arta bilər. Partiyanı tərk edənlərdən biri Eka Beseliyadır ki, o Bidzina İvanişvili ilə "Gürcü arzusunu” yaradanlardan biridir. Hakim partiyanı nədən deputatlar tərk etsinlər ki? Partiyada Ali məhkəməyə hakimlərin təyinatı ilə bağlı fikir ixtilafı yaranıb. Ancaq bu aysberqin görünən tərəfidir. İvanişvilinin təkbaşına verdiyi qərarlar, o cümlədən Rusiya ilə yaxınlaşma çoxlarının ürəyincə deyil".
"Sherg.az" xəbər verir ki, bu barədə "Atrlas"Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Mərkəz rəhbəri qeyd edib ki, 3 deputatın partiyanı tərk etməsi ilə "Gürcü arzusu” parlamentdə konstitusion çoxluqdan məhrum oldu: "Konstitusiyanı dəyişmək üçün 113 deputata ehtiyac var. Son istefalardan sonra "Gürcü arzusu”nun parlamentdəki sayı 115-dən 112-ə endi. Doğrudur, Konstitusiyanı dəyişmək "Gürcü arzusu”nun planında yoxdur, çünki buna qədər dəyişiklikləri onsuz da ediblər, idarəetmə prezidentdən hökumətə keçib. Buna baxmayaraq, istefalar partiyanın başbilənlərini təcili toplanmağa vadar edib. İclasa Bidzina İvanişvili özü sədrlik edib. İvanişvili partiyasında yeni "satqınları” müəyyənləşdirməyə çalışır. Son məlumatlara görə ən azı iki deputat – Mamuka Mdinaradze və Gelavan Popxadze də partiya sıralarından istefaya hazırlaşır.
Beləliklə, Bidzina İvanişvili üçün ağır günlər başlayır. İvanişvili partiyası üzərindəki nəzarəti itirir. Gürcüstanda 2020-ci ildə parlament seçkiləri olacaq. Bu gedişlə İvanişvilini ciddi sınaq gözləyir. Ancaq İvanişvilinin ehtiyat planı da olmamış deyil. Bu mahir oliqarx prezident seçkisinin ikinci turunda qələbəni müxalifətin əlindən qoparıb Salome Zurabişvilini prezident kürsüsündə otuzdurdu. Halbuki, Salome Zubarişvili birinci turun nəticələrinə görə müxalifətin namizədi Gerorgi Vaşadzedən xeyli geri qalırdı. Ancaq ikinci tura yaxın İvanişvili Zurabişvilinin prezident seçilməsi üçün əlində gələni etdi və istədiyi nəticəyə hasil oldu.
Buna baxmayaraq, partiyasındakı istefalar, eks-prezident Mixail Saakaşvilinin Hollandiyadan fəallığını azaltmaması və elə yerli müxalfətin gücünü artırması 2020-ci il parlament seçkilərinin İvanişvilinin istədiyi nəticənin əldə etməməsinə də səbəb ola bilər".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi