Həcc ziyarətinin qiymətində inanılmaz bahalaşma - Heç belə olmamışdı





Həcc ziyarətinin qiyməti müəyyənləşib. Qafqaz Müsəlmanları İdarəsi Ziyarət şöbəsindən "Sherg.az"a verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4150 ABŞ dolları - hazırkı məzənnə ilə 7042 manat təşkil edir. 

Şöbədən bildirildi ki, Həcc qiymətlərini müəyyənləşdirmək üçün QMİ nümayəndələri bir müddət əvvəl Səudiyyə Ərəbistanına səfər etmişdi. Səfər zamanı Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacağı otellərin qiymətləri də danışılıb. 

Şöbədən bildirildi ki, ötən ildən etibarən QMİ Həcc ziyarəti üçün vahid qiymət siyasəti aparır, müxtəlif qiymət paketləri artıq təqdim edilmir. Xatırladaq ki, ötən il Həcc ziyarəti qiyməti 3850 ABŞ dolları idi. Həcc qiymətlərində ortalama 500 manat artım var. Şöbə əməkdaşı qeyd etdi ki, bu il Həcc ziyarətinə avqust ayından etibarən gediləcək. Sənədlərin qəbulu isə QMİ-də artıq başlanıb.

Məlahət