Həkim hazırlığını aparan “Müalicə işi” ixtisası ləğv edilib? - RƏSMİ CAVAB
10:46 14.02.2019
Arxiv
661
Sosial şəbəkələrdə yazırlar ki, IV ixtisas qrupunda "Müalicə işi” ixtisası ixtisasların siyahısından çıxarılıb və ləğv edilib. Dünyada "Müalicə işi” ixtisası yoxdur, "Tibb” ixtisası adı var. Azərbaycan Tibb Universitetini bitirənlər xaricə təhsil almaq üçün gedəndə də bu ixtisasın adı anlaşılmazlıq yaradırdı. Ona görə də "Müalicə işi” ixtisasının adı dəyişdirilib.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda mövcud olan "Tibbi profilaktika” ixtisası çox dar çərçivəli idi. Bu ixtisasın dünya təhsil sistemindəki ixtisaslar təsnifatında olmadığını deyən Y.Piriyev həmin ixtisasın "İctimai səhiyyə” ixtisası kimi tanındığını, Azərbaycanda da "Tibbi profilaktika” ixtisasının adının dəyişdirilərək buna uyğunlaşdırıldığını söyləyib.
Y.Piriyev qeyd edib ki, bununla yanaşı, "Bədən tərbiyəsi və idmanda reabilitasiya”, "Fizioterapiya və tibbi reabilitasiya”, "Məşqçilik” və s. adlı yeni səhiyyə ixtisasları yaradılıb:
"Elə ixtisaslar var idi ki, oraya 10 il müddətində heç bir tələbə qəbulu aparılmamışdı. Məsələn, "Həkim yardımçısı”. Yeni yaradılan ixtisaslardan biri də "Tibb bacısı işi” ixtisasıdır. Bu ixtisas üzrə kadrlar daha üst səviyyədə hazırlanaraq əməliyyatlar zamanı yardımçı olacaqlar. Onlar subbakalavr dərəcəsi alacaqlar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda ixtisasların sayı azaldılıb.
Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi