Həkimdən ŞOK:" "Dimedrol"lu dərmanlarla qarışdırıb, narkotik maddə kimi venaya vururlar"
10:13 07.02.2018
Arxiv
12192
"Psixotrop dərmanlar xüsusi möhür, həkimin imzası olan resept göstərildikdə verilir”.
Bu barədə "Sherg.az”a Bakıda gizli şəkildə psixotrop maddələrin satıldığı aptekin aşkarlanmasından danışarkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova bildirib.
O vurğulayıb ki, daha ağır olanlar poliklinikanın möhürü, baş həkimin və ya onun müavinlərindən birinin razılığı ilə satılmalıdır:
"Hər istəyən insan psixotrop dərman ala bilməz. Hər həkimin onu yazması da mümkün deyil. Adi resept verildikdə həkimin möhürü olmasa, dərman satılmır. Hətta elə dövrə gəlib çıxmışıq ki, əvvəllər hər kəs üçün "dimedrol" adi ağrıkəsici idi. Amma indi onu da psixatrop maddələr qrupuna daxil ediblər. Ağrı kəsicilər, digər adi dərmanlar və s. də o qrupa daxil edildikləri üçün narkotik maddələrdən istifadə edənlər bu qrup dərmanlardan istifadə edirdilər. Dərmanları "dimedrol"la qarışdırıb, artıq dozada venaya vurduqda istədikləri eyforiya halını alırdılar. Ona görə, son illərdə bu dərmanların hamısı xüsusi qrupa daxil oldu, reseptlərlə satılır.
Adi "dimedrol"u xəstəmizə yazırıqsa, mütləq möhürlə resepti veririk. Bu baxımdan həmin dərmanların açıq şəkildə satıldığına inana bilmirəm. Bu cür fəaliyyət göstərən apteklər varsa, bu, mütləq cinayət xarakteri daşıyır. Açıq şəkildə həmin dərmanların satılması narkotik maddə istifadəçilərinə bir az da dəstəkdir. Ona görə, həmin apteklərlə, onların sahibləri ilə bağlı tədbirlər görülməlidir”.
Qeyd edək ki, paytaxt sakininin müraciəti əsasında Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən "Çinar farm” adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixotrop maddələr aşkarlanıb. Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı "Çinar farm” aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixotrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm