"...Həmin banklar mütləq bağlanır"
11:18 02.02.2018
Arxiv
1664
"Bank sistemi çox həssas bir sahədir. Hansısa bir bankın adını çəkib, bağlanma ehtimalını dilə gətirən kimi dərhal onun muştəriləri pullarını cıxarmaq haqqında düşünür. Ona görə, indiki vəziyyətdə ad çəkmək düzgün deyil".
Bu sözləri "Sherg.az"a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, dövlət başcısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş maliyyə xidmətlərinin inkişafı üzrə strateji yol xəritəsi var:
"Həmin yol xəritəsinə görə, Azərbaycan banklarının sağlamlaşdırması prosesi 2018-ci ilin sonuna qədər bitməlidir. Yəni bu ilin sonuna kimi ya qeyri-sağlam banklar sağlamlaşdırılmalı, ya da əlavə səhmdarlar cəlb olunmalıdır. Banka əlavə vəsaitin qoyulması kapitallaşdırılma yolu ilə həyata keçirilməlidir. Eyni zamanda tələblərə cavab verə bilməyən banklar başqa banklarla birləşməlidirlər. Hazırda Azərbaycanda 30 bank var. Bu bankların ən azı 10-nun vəziyyəti pisdir. Bu banklara əlavə vəsait qoyulmalıdır. Böyük ehtimalla onların hazırkı sahiblərinin həmin vəsaiti qoymaq iqdidarında deyilər. Deməli, əlavə səhmdarlar tapılmalıdır ki, gəlib ora pul yatırsın, ya da ki, onlar başqa banklarla birləşdirilsin. Məncə, bankların birləşm ehtimalı daha coxdur. Hazırda bir neçə bank arasında birləşmə haqqında razılaşma prosesi gedir. Bu barədə zaman-zamam elə mətbuatdada məlumatlar dolaşır. Bu mənada ona görə ad çəkmək istəmirəm. Ad çəksəm, hamı elə biləcək ki, həmin banklar mütləq bağlanır. Mənə elə gəlirki, bu məsələlər payız aylarına qədər tam həll olunacaq".
Ekspert böhranlı durumda olan bankların məlum vəziyyətdən çıxması ilə bağlı yollar göstərdi:
"Biz bankların vəziyyətinin niyə pis olduğunu bilirik. Yəni verdikləri kreditləri geri ala bilmirlər. Kreditləri sakinlərə verirlər, həmin pullar geri qaytarılmır. Buna görə də həm öz müştərilərinin bank hesablarında olan vəsaitləri, həm də digər banklara olan borclarını vaxtında qaytara bilmirlər. Əsas problem budur. Bu problemi kimsə kənardan gəlib pul qoymaqla həll edə bilər. Məsələn, bir bankın 400 milyon borcu var, amma öz əmlakı 300 milyondur.
Deməli 100 milyonu çatmırsa, kimsə həmin vəsaiti banka qoymalıdır.Yaxud elə bir adam yoxdursa, bu bank daha sağlam bir banka birləşməlidir. Bundan sonra onun fəaliyyəti də həmin bankın daxilində davam edəcək. Çıxış yolu var".
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm