“Həmin görüşdə razılığa gəlinib ki...”
20:11 25.02.2015
Arxiv
1484
Politoloq: “Ermənilər işğal olunmuş ərazilərdə kütləvi məzarlıqların üzə çıxacağından narahatdırlar”
"Əldə etdiyimiz səhih məlumatlara əsasən, ermənilər DNT analizlərinin toplanması prosesində işğal olunmuş ərazilərdə kütləvi məzarlıqların üzə çıxacağından narahat olaraq əsir-girov və itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıqdan və bu sahədə informasiya mübadiləsindən yayınırlar”.
Bunu APA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Parisdə keçirilmiş görüşdə əldə olunmuş razılaşmanın Ermənistan tərəfindən pozmaq cəhdlərini şərh edərkən bildirib.
M. Əhmədoğlu deyib ki, artıq media ötən ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların məsələsinin müzakirə olunması barədə məlumat verib: "Həmin görüşdə razılığa gəlinib ki, hər iki ölkənin aidiyyəti orqanları arasında əsir-girov və itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli üçün birbaşa əməkdaşlıq qurulsun və informasiya mübadiləsinin aparılsın. Bu prosesin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəliyi həyata keçirilməsi də razılaşdırılmışdı. Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilib və hər iki ölkənin müvafiq komissiyaları arasında əməkdaşlığın qurulması məsələsi müzakirə olunub. Əldə olunmuş razılaşmaya əsasən, Dövlət komissiyasının sədri işçi qrupuna lazımi göstərişlərini verib”. M. Əhmədoğlunun sözlərinə görə, hazırda Ermənistan tərəfi növbəti dəfə razılaşmanın pozulmasına yönəlmiş fəaliyyətsizlik nümayiş etdirir: "İlkin qənaət ondan ibarət idi ki, Ermənistanın müvafiq dövlət komissiyası işğal altında olan ərazilərdə çox səthi araşdırma apardığına görə, hətta öz itkilərinin sayını belə dəqiq müəyyən etməyib. Lakin dəqiq mənbələrdən əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, ermənilərin bu prosesi əngəlləmək üçün çox ciddi əsasları var. Müəyyən olunub ki, işğal olunmuş ərazilərdə azərbaycanlıların qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar mövcuddur və DNT analizlərinin toplanması prosesində həmin məzarlıqlar aşkarlanacaq. Ermənilər bunun qarşısını almaq üçün işğal olunmuş ərazilərdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı hər hansı araşdırma aparılmasında maraqlı deyillər”. M. Əhmədoğlu bildirib ki, bu faktın üzə çıxması və öz təsdiqini tapması Ermənistan üçün çox böyük zərbə olar və beynəlxalq aləmdə ermənilərin nüfuzuna çox ciddi xələlə gətirə bilər. Buna görə də Ermənistanın aidiyyəti komissiyası əməkdaşlıqdan yayınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm