Həmsədrlər bəyanatlarında böyük səhvə yol verdilər
23:28 23.02.2015
Arxiv
696
Azərbaycanın siyasiləri tərəfindən vasitəçilərə sərt təpki gəldi
ATƏT-in Minsk Qrupu Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimə səfərlərinin yekunlarına dair bəyanat yayıb. Bəyanatda işlədilən "Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüş keçirmişik” ifadəsi Azərbaycanda kəskin etirazla qarşılanıb. Ölkə ictimaiyyəti haqlı olaraq qondarma rejimi "müstəqil dövlət” kimi qələmə verməyə çalışan həmsədrləri sərt şəkildə ittiham edib.
Çünki bəyanatda yer alan ifadədən belə çıxır ki, hələ Ermənistanın belə tanımadığı qondarma rejim artıq Rusiya, ABŞ və Fransa tərəfindən qəbul edilir. Məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə həmsədrlərin Azərbaycana qarşı diplomatik səhvə yol verdiklərini deyib. Millət vəkili bildirib ki, həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və onların vasitəçiliyi Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasından ibarətdir: "Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var. Hesab edirəm ki, həmsədrlərin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzdir. Bu diplomatik səhv aradan qaldırılmalıdır”.
Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov da həmsədrlərin Dağlıq Qarabağdakı qondarma qurumu tərəf kimi təqdim etməsini qeyri-qanuni adlandırıb: "Həmsədrlər belə bəyanat veriblərsə, çox səhv ediblər. Separatçı rejimin "müstəqilliyini” heç oranı işğal etmiş Ermənistanın özü də tanımır. Bu kimi bəyanatlar beynəlxalq müstəvidə Qarabağ məsələsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlərin nüfuzunu aşağı salır. Vasitəçilik missiyasını üzərinə götürmüş bir institutun belə bəyanat verməsi o deməkdir ki, onlar vasitəçi deyil, birtərəfli mövqe tutan qərəzli dairələrdir”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu da bildirib ki, uzunmüddətli fasilədən sonra regiona səfər edən həmsədrlərin səsləndirdikləri ziddiyyətli fikirlər və səfərin yekunlarına həsr olunmuş bəyanatı vasitəçilərin fəaliyyətinin xaotik və konsepsiyasız olduğunu bir daha nümayiş etdirdi. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasını Minsk Qrupunun həmsədrləri qədər hörmətsiz edən heç kim olmayıb: "Həmsədrlər 2015-ci ilə ünvanlı bəyanatlarla başladılar. Krakov bəyanatı Azərbaycana, Münhen bəyanatı Ermənistana ünvanlandı. 20 fevral bəyanatını isə görünür həmsədrlər özlərinə ünvanlayıblar. Onlar bununla aciz, zəif və köməyə ehtiyaclarının olduğunu açıqca bəyan etdilər. Yeri gəlmişkən, 20 fevraldan başlayan 26 və 28 fevral tarixləri Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında və bütün tarixində həlledici əhəmiyyətli tarixlərdir. Bu ilin də 20 fevral ərəfəsində həmsədrlər, o cümlədən, C.Uorlik Ermənistanda və Dağlıq Qarabağda oldu. Həmsədrlərin 1988-ci ilin 20 fevralında Dağlıq Qarabağda baş verənlərdən xəbəri var. 20 fevral 1988-ci il erməni separatizminin mahiyyətinin rəsmi təsdiqidir. İndi ermənilər iddia edirlər ki, guya, Dağlıq Qarabağ erməniləri müstəqillik uğrunda mübarizə aparıblar. Yalandır, Dağlıq Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü pozmaqla, azərbaycanlılara qarşı separatizmlə məşğul olublar. Ermənilərin başladığı separatçı fəaliyyət fevralın 20-də rəsmiləşdirilib”. M.Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağın "müstəqillik” uğrunda mübarizə aparması qondarma rejimin Ermənistana birləşdirilməsi istiqamətində addımdır: "Ermənilər sonradan başa düşdülər ki, onlar birbaşa Ermənistanın tərkibinə birləşə bilməyəcəklər. Beynəlxalq hüquq buna imkan vermir. Məhz beynəlxalq hüququ və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə ermənilər separatçı hərəkətlərinə "müstəqillik uğrunda mübarizə” donu geyindirdilər. Onlar beynəlxalq aləmdəki havadarlarının köməyi ilə "xalqların bərabərliyi və öz müqəddəratını təyin etməsi” prinsipinə apelyasiya etməyə başladılar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm