Həmsədrlər bu bəyanatla Ermənistana hansı mesajları verdi ? – Aktual şərh
10:05 11.03.2019
Arxiv
635
"Nikol Paşinyanın hakimiyyətə gəlməsində ona açıq dəstək göstərən, indi də ona, demək olar ki, loyal yanaşan "1in.am" saytına baxıram, orada Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ danışıqlarıyla bağlı son açıqlamalarını baş nazirlərini güncə sıxmaq kimi dəyərləndirirlər. Əslində təkcə baş nazirləri yox, bütövlükdə Ermənistan çoxdan küncdədir. Onları güncə sıxışdıran Minsk qrupu həmsədrləri deyil, yeritdikləri işğalçılıq siyasəti, bunun da qarşılığında Azərbaycanın gördüyü tədbirlərdir”.
Bu sözləri "Sherg.az”a millət vəkili Sahib Alıyev həmsədrlərin son bəyanatını şərh edərkən söyləyib.
Həmsədr dövlətlərə gəlincə, parlamentarinin sözlərinə görə, İran kimi onlar da həmişə Ermənistanı küncə dirəmək nədir, əksinə küncdən çıxarmağa çalışıblar ki, bunu da hamı bilir:
"Elə son açıqlamalarında da məqsəd budur. Paşinyanın səsləndirdiyi populist və maksimalist fikirlərin haylar üçün ağır nəticələrə aparıb çıxaracağı proqnozlaşdırldığından onu ayıltmağa çalışırlar.
Baxın, bu gün Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmriylə geniş təlimlər başladı.
Təlimlərdə qarşıya qoyulan vəzifələrə diqqət yetirdikdə burada "Blitzkrieg" hazırlığının getdiyi açıq-aydın görünür. Həmsədr dövlətlər də gözəl bilirlər ki, Ermənistanın yeni format oyunu ortaya atmaqla substantiv danışıqlardan qaçmasının alternativi budur. Cəbhə isə heç də Nikol Paşinyanın özünü sudakı balıq kimi hiss etdiyi mitinq meydanı deyil. Yayılım atəşi və raket zərbələri altında onun populist çıxışları eşidilməz olacaq, eşidilsə belə, dinləyən tapılmayacaq.
Ona görə də Minsk qrupu həmsədrləri son açıqlamalarıyla bu populist və maksimalist haylarına deyirlər ki, ağıllı ol, ölkənin potensialına uyğun hərəkət et, fors-majorla üzləşmək istəmirsənsə, gəl danışıqlar stolu arxasında əyləş”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar. Bəyanatda tərəflər mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səslənib. Həmsədrlər münaqişənin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının əsas prinsipləri olduğunu bir daha qeyd edərək vurğulayıblar ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm