Hər gün 3 alma yeyin, siqareti...

Bu iki qida ağciyərlərin yaşlanmasının qarşısını alır
İki qidadan istifadə etməklə siqaretin yaratdığı yan təsirləri dəf edə bilərsiniz.
Hər gün 3 alma və ya 2 pomidor yemək siqaretin ziyanını dəf edə bilər və eyni zamanda ağciyərlərin yaşlanmasını yavaşlada bilər.
Bunun üçün tək qayda almaların və pomidorların təzə olmasıdı. Araşdırmaçılar, hər gün 2 pomidor istehlak edənlərin həyatları boyunca sağlam olacağını kəşf edib. Bu 2 qidanın qoruyucu təsirləri yalnız təzə növlərində görünür. Yəni konserv və ya işlənmiş pomidorlar və almalar sağlamlığınız üçün heç bir işə yaramaz. Alma ciyərlərin inkişafı üçün yaxşı bir qaynaqdı. Bəs, KOAH nədir? 
KOAH, nəfəs darlığına səbəb ola bilən akut bronxit xəstəliyidir. Mütəxəssislərə görə, siqaret çəkməyi buraxanlarda ağciyərin bərpası daha sürətli inkişaf edir. Bu da, meyvələrlə zəngin bir diyetlə dəstəklənir. Hətta, heç siqaret çəkməmiş olsanız belə ağciyərin təbii yaşlanma müddətini yavaşlada bilmək üçün bu qidaları istehlak edə bilərsiniz. KOAH kimi tənəffüs yolu xəstəlikləri olan insanlar üçün bu möcüzə bir qidalanma təklifidir. Bu qidaları istehlak etməyi laqeydlik etməyin. 650-dən çox aparılan araşdırmada ağciyər funksiyaları qiymətləndirilib. Nəfəs alıb, vermə tutumlarını ölçən ağciyər testlər 10 il boyunca təkrarlanıb. Araşdırmanın nəticəsinə görə, alma və pomidor istehlak edənlərin təbii yaşlanmağı yavaşlatdığını göstərib. Pomidor və alma yeyən siqaret çəkənlər 10 illik dövrdə ciyərlərində təxminən 80 ml daha yavaş yaşlanmaya kömək edildiyi görünüb.