"Hərbi jurnalistika sahəsində problemlər qalmaqdadır" - MŞ sədri

Əflatun Amaşov: "Çıxış yolları tapmalıyıq. Müharibə vəziyyətindəyik, torpaqlarımız işğal altındadır. Ona görə, bu cür məsələləri, hərbi sahəni obyektiv, peşəkar şərh edə biləcək ekspertlər, dolğun əks etdirə bil



"Hərbi ekspertlər mərkəzinin yaradılması, onun fəaliyyətinin necə təşkil edilməsi məsələsinə aydınlıq gətirilməlidir”.

Bu sözləri "Sherg.az”a hərbi ekspertlər mərkəzinin yaradılması təklifindən danışarkən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. 

O diqqətə çatdırıb ki, mətbuatda hərbi ekspert sarıdan kasadlıq var:

"Vəziyyəti bizim üçün real qiymətləndirə biləcək, proqnozları reallığa uyğun şərh edə biləcək hərbi ekspertlərin olması vacibdir. Təəssüf ki, ölkəmizdə ekspertlərin sayı azdır, amma onlara ehtiyac duyulur. Ekspertlər çox olsa, onlar birləşib, öz müəssisələrini yarada bilərlər. Belə mərkəzin yaradılması artıq sonrakı addımdır”.

Hərbi jurnalistika məsələsinə toxunan Ə.Amaşov hesab edir ki, bu sahədə problemlər qalmaqdadır:

"Jurnalistlərin tək hərbi deyil, digər sahələrdə də ixtisaslaşmasında problem var. Çıxış yolları tapmalıyıq. Müharibə vəziyyətindəyik, torpaqlarımız işğal altındadır. Ona görə, bu cür məsələləri, hərbi sahəni obyektiv, peşəkar şərh edə biləcək ekspertlər, dolğun əks etdirə biləcək jurnalistlərə ehtiyac var. Hazırda kütləvi informasiya vasitələrində ixtisaslaşmış jurnalistlərimiz fəaliyyət göstərir. Ancaq, onların sayı azdır. Hadisələri daha geniş işıqlandırmaq üçün peşəkarlara ehtiyacımız var. İxtisaslaşmış jurnalistlərin mütəmadi mütəxəssislərlə görüşməsi təkmilləşmə baxımından əhəmiyyətlidir”.

Aysel Aslan