"Heydər Əliyev doğrudan da Azərbaycanı xilas və bərpa edən ümumilli liderimizdir".
Bu barədə "Sherg.az" xalq yazıçısı Çingiz Abdullayev bildirib. Rusiyadan ölkəmizə yenicə qayıtdığını deyən yazıçı qeyd edib ki, Moskvada tədbirdə olarkən də Heydər Əliyevin fəaliyyəti barədə geniş nitq söyləyib:
"Oradakı çıxışımda da dedim ki, 1993-cü ildə Azərbaycanın tərkibində qondarma muxtar respublika olan Talış-Muğan Muxtar Respublikası elan etdilər. Həmin vaxtda Rusiyada Çeçen Respublikası müstəqilliyini elan etdi. Və bundan sonra Boris Yeltsin ora tanklar göndərdi və indiyəcən də o müharibə qurtarmayıb, partlayışlar davam edir.

Amma Heydər Əliyev həmin dövrdə bu məsələləri qan tökmədən həll etdi. Milli Məclisdə çıxışlar edirdi və anlaya bilmirdim ki, H.Əliyev niyə həmin o qondarma respublikanı dağıtmaq üçün qoşun göndərmir, camaata niyə silah vermir ? Heydər Əliyev elə böyük siyasətçi idi ki, 3-4 gün ərzində həmin qondarma respublikanı ləğv etdi. Amma bir adamın burnu belə qanamadı. Ora bir bir nəfər əsgər göndərmədi. Bütün məsələləri öz müdrik siyasəti, ağlı və zəkası ilə tənzimlədi. Bununla da Azərbaycanın sərhədlərini bərpa etdi. İndi bəzi gənclər və ya elə gənc olmayanlar da bunu anlamırlar. 1993-cü ildə Azərbaycan parçalanmalı idi. Bu cür planlar vardı və bu planlar həyata keçirilməli idi. Heyədr Əliyev sözün həqiq mənasında bizi xilas etdi.
Tariximizdə onun kimi ikinci bir şəxsiyyət olmayıb. Düzdü, dünya tarixində Napaleon Bonapart, Şarl de Qol və başqaları olub. Onlar ikinci dəfə hakimiyyətə qayıdıblar və bu qayıdış uğursuz olub. Tarixdə yeganə insan, siyasətçi Heydər Əliyevdir ki, ikinci dəfə hakimiyyətə qayıdıb və bu qayıdış çox uğurlu olub. Hesab edirəm ki, biz hələ də onun necə dahi və böyük insan olduğunu dərk etmirik. Mən bu sözləri kiminsə xoşuna gəlmək üçün demirəm.
Doğrudan da, fikirləşirəm və hər yerdə deyirəm ki, Heydər Əliyev çox dahi siyasətçi olub. Bizim bəxtimiz onda gətirib ki, təbiət belə bir dahi insanı bizə bəxş edib. Çünki Ümumilli lider ən çətin vaxtlara Azərbaycan xalqının yanında olub, xalqı, ölkəsi və vətənini böyük bəlalardan xilas edib. Bununla da müstəqil Azərbaycanı qurub. Allah rəhmət eləsin !"
Ayyət Əhməd