Adolf Hitler, 1933-cü ildən etibarən Almaniyanın baş naziri və 1934-cü ildən ölümünə qədər Almaniyanın Füreri (prezident) olub. 1921-1945-ci illər arasında Nasyonal Sosialist Alman İşçi Partiyasının rəhbəri kimi fəaliyyet göstərmişdi. ..Sovet güclərinin 23 aprel 1945-ci ildə Berlinə girməsiylə III. Reyxin yıxılacağı dəqiqləşmişdi. Zəbt edilən Berlində Hitler, həyat yoldaşı Yeva Braun ilə yeraltı sığınacağında (bunker) 1945-ci ilin 30 aprel günündə intihar edir. Cəsədi, vəsiyyətinə görə müşayətçiləri tərəfindən yandırılıb. Adolf Hitlerin ölümü ilə bağlı bir çox müzakirələr olub. Siyanür zəhərlənilməsi, silah yaralanması, ya da hər ikisi birdən ölümünün səbəbi olaraq göstərildi. Kəllədən və üst çənəsindən (dişlərindən) DNT analizləri edildi. Bu analizlər hazırda Moskvada sənədlər halında saxlanır. Siyanür zəhərlənilməsi: Ağızında siyanür kapsulasının qalıqları tapıldığı iddia edilir.
Silahla yaralanma: Hitlerin əvvəl sevimlisi Yeva Braunu, sonra da özünü bir silahla atəş açaraq intihar etdiyi bildirilir.(Milliyyət)
Yandırılmış cəsəd: Yandırılmış cəsəddən qəti nəticə üçün çənə və diş quruluşu ilə sümükdən DNT analizi aparılmalı idi. Hitlerin ölümündən əvvəl siyanür içdiyi digər tapıntılardan biriydi. Siyanür zəhərlənilməsi, əsl olaraq siyanür ehtiva edən maddələrin ağız, tənəffüs və dəri yoluyla alınmasıyla ola bilər. Ölü ləkələrinin açıq qırmızı olduğu görülməkdə idi. ..Hitler necə öldü?
Hitlerin cəsədi köməkçiləri tərəfindən bir bomba kraterinə qoyularaq benzinlə yandırıldı. Rus gücləri içəri girib cəsədləri tapdıqdan sonra daxili qeydləriylə edilən yarılmada yoxlanılan Hitlerin yanğından sonrakı digər tapıntıları isə bu şəkildə idi: 1. Cəsəd ciddi şəkildə kömürləşmiş və yanıq ət iy verirdi.
2. Yanğından ziyan almış beyin çox açıq bir şəkildə görünürdü.
3. Dil kömürləşmişdi, lakin alt və üst dişlər arasında sıxıldığı aydın olmuşdu.
4. Ağızının içində şüşə qırıqları, divar parçaları, incə divarlı bir lampa tapıldı. X süaların köməkliyi ilə edilən araşdırmalar dişlə əlaqədar bəzi xarakteristikanı ortaya çıxardı. Ferdinand Soqnnaes bu dişlə əlaqədar nəticələri müqayisə etdi. İncə bir işin ardından bu dental dəlilin Hitlerə aid olduğu aydınlaşdı. Bütün nəticələr Hitlerin beyninin nişan aldığını göstərməkdə idi.
• Kəllənin də bir qisimi əskik idi.
• Tapıntılar ağızdan beynə doğru nişan alınmadığını göstərirdi. 2009-cu ildə FSB, ABŞ-da bu kəllə parçasının əslində bir qadına aid olduğu yönündəki araşdırma nəticələrinin nümayiş olunmasının ardından verdiyi şərhdə, ''FSB arxivlərində Hitlerin çənə sümüyü və dövlət arxivlərində də Hitlerə aid kəllə parçası vardır. 5 may 1945-ci ildə ələ keçərilən bu qalıqların xaricində Hitlerin bədəninə aid başqa parça mövcud deyil'' bildirdi. Xəbərdə, Hristoforovun ''Bu qalıqlar təkdir, müqayisə etmək üçün bənzərləri də yoxdur. Bunlar, Hitlerin ölümünə dair tək dəlillərdir və buna görə də FSB arxivlərində mühafizə edilməkdədir'' dediyi vurğulanır. Güllə dəlikli bu kəllə parçası, İkinci Dünya Savaşı zamanı Sovet Birliklərinin əlinə keçməsindən sonra, 55 il boyunca sirr kimi saxlanmasının ardından, 2000-ci ildə Moskvada ortaya çıxarılmış və bir neçə həftəliyinə sərgilənmişdi. Hitlerə aid olduğu ifadə olunan forma ilə sağlamlıq vəsaitlərinin tapıldığı çanta və Hitlerə aid olduğu ifadə olunan digər bəzi şəxsi əşya da sərgilənmişdi.
)))nnaa.jpg)