“İcbari tibbi sığorta haqqında” Qanun layihəsinin müzakirəsi başlayıb





Yaxın vaxtlarda "İcbari tibbi sığorta haqqında” Qanunun qəbul olunacağı gözlənilir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta Agentliyinin Hüquq departamentinin rəhbəri Aysel İbrahimova bildirib. A.İbarhimova qeyd edib ki, hazırda müzakirələr gedir:

"Qanun layihəsinın müvafiq qurumlar arasında müzakirəsi yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda parlamentə təqdim olunacaq".