İki ali məktəbdə maaşlar artırılıb
20:07 27.02.2015
Arxiv
902
Digər təhsil ocaqları susqundur, çünki onlar hələ sevinə bilməyiblər
Azərbaycanın yeni təhsil naziri Mikayıl Cabbarov bu vəzifəyə təyin olduğu gündən çoxsaylı uğurlu layihələrə start verib. Ən başlıcası, nazir ölkənin təhsil həyatında illərdir problem olaraq qalan ali və orta məktəb müəllimlərinin əməkhaqlarının yüksəldilməsi istiqamətində nəzərəçarpan addımlar atıb. Heç kimə sirr deyil ki, artıq həmin mütərəqqi islahatlar səmərəsini verməkdədir.
Hazırda orta təhsil müəssisələrində diaqnostik testdən keçən müəllimlərə əlavə dərs saatı verilməklə aylıq məvacibləri çoxaldılıb. Ali təhsil ocaqlarına gəlincə, M.Cabbarov bütün dövlət universitetlərinə özlərini maliyyələşdirmə səlahiyyəti verib ki, bu, müəllimlərin maaşlarının artırılmasına stimul yaradıb. Bir sözlə, artıq əksər ali təhsil müəssisələrində müəllimlərin əməkhaqlarının yüksəldilməsi prosesi tətbiq olunur. Məsələn, ilk olaraq Azərbaycan Dillər Universiteti (ADU) özünün maliyyələşdirmə təcrübəsindən bəhrələnərək əməkdaşlarının aylığını çoxaldıb. Universitetin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova "Şərq”ə açıqlamasında qeyd edib ki, ADU-da bu işə ötən ilin sentyabrından başlanıb: "Dekan vəzifəsini icra edənlər 1000 AZN, dekan müavini vəzifəsinə təyin olunmuş şəxslər 500 AZN məbləğində məvacib alır. Eyni zamanda, kafedra müdirlərinə 600, professora 900, dosentə 660, baş müəllimə 450, elmi dərəcəsi olan baş müəllimə 510, müəllimə 400 və elmi dərəcəsi olan müəllimə 460 AZN dəyərində aylıq verilir”.
Bundan əlavə, ötən günlərdə Bakı Dövlət Universitetində (BDU) də 3 minədək müəllimin maaşı yüksəlib. Bu barədə mətbuata sözügedən müəssisənin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. Onun sözlərinə görə, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” qərara əsasən BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əməkhaqqı yüksəlib: "Hazırda dekanların əməkhaqqı 1400, kafedra müdirlərinin əməkhaqqı 1200, professorların əməkhaqqı 1000, dosentlərin isə əməkhaqqı 830 manat civarında müəyyənləşib. Artım ümumilikdə universitetin 3 minədək əməkdaşına şamil edilib. Üstəgəl, universitetin fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşın da əməkhaqqı differensasiya yolu ilə müəyyən qədər artırılıb. Həmçinin, müəssisənin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı 01 fevral 2015-ci il tarixindən etibarən cari ilin sonunadək əlavə 100 manat çoxaldılıb ki, bu da 300 nəfərə aid edilib. Daha sonra son illər müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün BDU-da professor-müəllim heyətinin əməkhaqqı minimum 600, maksimum 1400 manat təşkil edir və orta aylıq əməkhaqqı 1000 manatdır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur”.
Digər dövlət ali məktəblərində əməkhaqlarının artırılmasına dair məlumat əldə etmək istəsək də, həmin müəssisələrin mətbuat xidmətlərinin fəaliyyətsizliyi səbəbindən buna müvəffəq ola bilmədik.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm