"Məktəbli oğlum “ana, mən axşam yeməyini yeməyim, sabaha qalsın. Çünki sabah sən yeməyə bir şey ala bilməyəcəksən” deyəndə mənim ana ürəyim parçalandı"
İki uşaq anası övladlarının qarşısında çarəsiz qalıb
08:55 14.03.2019
Arxiv
692
İztirablar içində yaşayan qadın Mehriban Əliyevaya müraciət edib
"Məktəbli oğlum “ana, mən axşam yeməyini yeməyim, sabaha qalsın. Çünki sabah sən yeməyə bir şey ala bilməyəcəksən” deyəndə mənim ana ürəyim parçalandı"
"Məktəbli oğlum “ana, mən axşam yeməyini yeməyim, sabaha qalsın. Çünki sabah sən yeməyə bir şey ala bilməyəcəksən” deyəndə mənim ana ürəyim parçalandı"
Səbail rayonu, Nemanzadə küçəsi, ev 35, mənzil 24A-da yaşayan Əskərova Aynur Soltanağa qızı redaksiyamıza elektron formada müraciət edib. A.Əskərova müraciətində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Xanım Əliyevaya yazdığı məktubu təqdim edib.
Vətəndaş birinci xanım Mehriban Əliyevadan köməklik istəyir. Məktubda bildirilir:
"Hörmətli Mehriban xanım!
Sizə övladlarının qarşısında çarəsiz qalan bir ana olaraq müraciət edirəm. Bilirəm ki, bir ananın iztirabları və acısını ən yaxşı Siz anlayarsanız.
Mən uzun illər Lənkəran rayonunda yaşamışam. Lənkəran Dövlət Humanitar Kollecində ixtisas üzrə müəllim işləmişəm. 2017-ci ildə ailə həyatımın dağılması nəticəsində məcburən Bakıya köçmüşəm. Bakıya köçdükdən sonra əvvəlcə paytaxtda yaşayan bacımın birotaqlı mənzilində məskunlaşdım. Bacımın iki və mənim də iki övladımla birlikdə darısqal mənzilə sığışmadığımız üçün kirayə mənzil tutmağa məcbur oldum. Ərimdən boşananda hər ikisi məktəbli olan oğlum və qızım mənimlə birgə yaşamağı seçdilər. İşsiz qadın olaraq, övladlarımı dolandırmaq, onların gündəlik ehtiyaclarını təmin etmək mənim üçün çox çətindir. Məhkəmənin mənə kəsdiyi 200 manat aliment kirayə pulunun ödənilməsinə güclə çatır.
Hörmətli Mehriban xanım!
Mən zəhməti ilə yaşamağı hər şeydən üstün bilirəm. Övladlarımı öz qazancım hesabına təmin etmək, onlara təhsil vermək üçün iş axtarmağa başladım. Bir neçə yerdə işlədim. Hətta fəhləlik də etdim. İstədim ki, övladlarımı halal qazancımla böyüdüm, onların kiminsə qarşısında başıaşağı, boynubükük olmasını istəmədim, istəmərəm. İşlədiyim müəssisələr ya bağlanması səbəbindən, yaxud rayona köçdüyü üçün işsiz qaldım. İndi ailəmdə elə vəziyyət yaranıb ki, uşaqlarımın gündəlik ərzağını almaq üçün böyük çətinliklər yaşayıram. Məktəbli oğlum "ana, mən axşam yeməyini yeməyim, sabaha qalsın. Çünki sabah sən yeməyə bir şey ala bilməyəcəksən” deyəndə mənim ana ürəyim parçalandı.
Hörmətli Mehriban xanım!
Siz hər zaman imkansız insanların yanında olub, onların problemlərini həll etmək üçün böyük diqqət və fədakarlıqlar göstərmisiniz. Mən də Sizə bu fədakarlığınıza görə müraciət edirəm. Sizdən acizanə surətdə xahiş edirəm, övladları qaşısında aciz qalan bir anaya, tələbələrinin hər zaman hörmətlə xatırladığı bir müəllimə sahib çıxın! Mənim ən böyük istəyim hardasa işləyib, öz zəhmətim hesabına övladlarımı böyütmək, onlarla birlikdə bir evə sığınmaqdır.
Qeyd edim ki, övladlarımın hər ikisi dərs əlaçısıdır. Müəllimlərinin hər zaman təriflədiyi şagirdlərdir. Sizdən çox xahiş edirəm, övladlarımın gözündəki gələcəyə ümid işığını sönməyə imkan verməyin!
Əminəm ki, bir ananın harayına səs verib, problemlərini həll etmək üçün yardımınızı əsirgəməyəcəksiniz”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq