İldırım 323 şimal maralını öldürdü

Minlərlə şimal maralının yaşadığı Hardangervidada baş verən fırtınada heyvanlar bir-birinə soxuldu, ildırım fəlakətə gətirib çıxardı.
Norveçin orta seqmentlərində yerləşən Hardangervidda platosunda 323 şimal maralı ildırım düşməsi nəticəsində öldü. Hadisə, Norveç Ətraf Agentliyinin internet saytında yayıldı. Xəbərə görə, Hardangervidda platosunda, cümə günü baş verən fırtına zamanı şimal maralı sürüsünə ildırım düşdü. 323 maralın öldüyü hadisədə, sürü içərisində 70-ə yaxın maralın yaxın günlərdə bala vercəyi bildirilir. Agentlik spikeri Kjartan Knutsen, ildırım düşməsinin təbiətdə tez-tez rast gəlinən hadisə olduğunu, ancaq bir dəfədə bu qədər heyvanın ölümünə ilk dəfə şahid olduqlarını ifadə etdi. Knutsen, şimal marallarının fırtına zamanı bir-birlərinə yaxınlaşdığını söylədi. Hardangervidda platosu, 10 mindən çox şimal maralını saxlayır.