İlham Əliyevdən Ruhaniyə BAŞSAĞLIĞI




Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

"Sherg.az"ın AzərTAc-a istinadən xəbərinə görə, məktubda Prezident İlham Əliyev İrana məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbərdən olduqca kədərləndiyini bildirib.
Dövlət başçısı baş vermiş bu faciə ilə əlaqədar İran Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.