İlhamə Quliyeva: “Nazpəri yerin dibinə girsə də, o pulu gətirib ödəməlidir"
20:53 22.02.2015
Arxiv
577
Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onun ünvanına söylədiyi təhqirləri təkzib etməsinə münasibət bildirib.
Axşam.az-ın xəbərinə görə, İ.Quliyeva qarşı tərəfin təkzibi ilə qane olmadığını deyib:
"Məhkəmədə tələb etmişdim ki, hansı telekanalda məni təhqir edib, orda da üzr istəsin. Dediklərini təkzib etdi. Amma bu məni qane etmir. Dediyi sözlərin lent yazıları var. Ünvanıma işlətdiyi təhqiramiz sözləri indi boynuna almır. Çıxıb efirdə məndən üzr istəməlidir. Deyir ki, mən onu təhqir etməmişəm. Hətta Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazıb, qol çəkib. Ərizədə qeyd edib ki, o, təhqirləri öz ünvanıma demişəm. Həmin kağızın bir sürəti də məndədir. Əgər təhqir etməyibsə, o ərizəni niyə yazıb, qol çəkib?
Bütün bunlarla yanaşı uduzduğu 25 min manatı ödəmir, qaçır. Məhkəməyə müraciət etdi ki, pulu bir neçə hissəyə bölüb ödəsin, razılaşmadım. O, məbləğ bütöv şəkildə ödənməlidir. Mənim onun puluna ehtiyacım yoxdur. Pulu ödəməsi üçün ona görə israr edirəm ki, başqalarına örnək olsun. Böyük-kiçik yeri bilsinlər. Sənətdəki böyükləri təhqir etmək olmaz. O məbləği ehtiyacı olan kimsəsiz uşaqlara, əlil ailələrinə verəcəm. İndi Nazpəri qaçıb gizlənir. Yerini təyin etmək olmur. Amma bilsin ki, yerin dibinə girsə də, o pulu gətirib ödəməlidir".
İ.Quliyeva aralarında bundan sonra barışıq olmasının mümkünsüzlüyünü də vurğulayıb:
"Barışığı heç yuxusunda da görə bilməz".
Qeyd edək ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanı onun şərəf və ləyaqətini təhqir etdiyini əsas gətirərək, məhkəməyə vermişdi.
Məhkəmədə uduzan N.Dostəliyeva dediklərini təkzib edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm