İngiltərə Türkiyəyə polis göndərməyi müzakirə edir

İngiltərə Daxili İşlər Nazirliyi Türkiyə üzərindən Suriyaya keçərək IŞİD-ə qoşulan  ingilislərin önünü kəsmək üçün İstanbuldakı hava limanlarına ingilis polisi yerləşdirmək təklifi verib.
Londonda yaşayan İngiltərə  vətəndaşı olan  üç qızın Suriyada IŞİD-ə qoşulması  üçün keçən həftələrdə Türkiyəyə gəlməsi, İngiltərəni ayağa qaldırmışdı.
İngilis "Daily Mail" qəzetinin xəbərinə görə,  Daxili İşlər Nazirliyi  Seçilmiş Komitəsi, İngilis vətəndaşlarının IŞİD-ə qatılmaq üçün ilk dayanacaq olaraq gəldikləri ifadə olunan İstanbulda, hava limanlarına ingilis "polis dedektifleri" yerləşdirilməsini  təklif edir.
‘Diqqətlə araşdırılmalı'
Komitə başçısı Keit Vaz, səbəb olaraq artan tendensiyanın radikal dincinin Suriyaya keçmək üçün İstanbulu körpü olaraq istifadə etməsini göstərdi.
Daxili İşlər naziri Theresa May isə,  millət vəkillərinə mövzuyla əlaqədar etdiyi bir söhbətdə  IŞİD-ə qatılmaq üçün yola çıxan adam sayındakı artım səbəbiylə təhlükəsizlik tədbirlərinin artırılması üçün Türk hava yolu şirkətləriylə görüşdüklərini söylədi.
Theresa May, İstanbuldakı hava limanlarına ingilis polisi yerləşdirmək təklifi üçün isə "çox diqqətlə qiymətləndirilməli" deyib.