“İran yanlış informasiyaya görə, Azərbaycandan üzr istəməlidir” - Politoloq
14:52 11.03.2019
Arxiv
822
"Bu, İran hakimiyyətinin Azərbaycan Respublikasına münasibətinin göstəricisidir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Siyasi şərhçinin sözlərinə görə, XİN rəhbəri Elmar Məmmədyarovun Tehrana səfərindən təxminən bir həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İslam Respublikasına rəsmi səfər etmiş, orada Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşdü.
Bundan başqa Tehranda "Ararat” idman klubunda İslam respublikasının vətəndaşı olan ermənilər Azərbaycanın ərazi bütövlüyünü qarşı plakat asmışdı:
"İranın Azərbaycanın ərazi bütövlüyünə qaşrı belə hörmətsizliyidən bir həftə keçməmiş, xarici işlər nazirinin "yeni səfir” olaraq, təqdim edilməsi Tehran hakimiyyətinə tuşlanan təxribatdır. Bunu həm də İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə qarşı çıxış da saymaq olar. Çünki E.Məmmədyarovun səfir ilə bağlı məlumatı ilk olaraq, onun başçılıq etdiyi nazirliyin mətbuat xidməti yaymalı, ölkədəki KİV ona istinadən bu məlumatı işıqlandırmalı idi. Bu səbəbdən xəbəri yayan medianın istinad etdiyi mənbə məsuliyyət daşıyır. İran yanlış informasiyaya görə, Azərbaycan tərəfindən üzr istəməli və təkzib verməlidir”.
Ekspert xatırladıb ki, bu yaxınlarda M.Cavad başçılıq etdiyi quruma hörmətsizlik edilməsinə etiraz olaraq istefa verib. Ancaq onun ərziəsi qəbul edilməyib:
"Azərbaycan XİN-də məlumatla bağlı öz etirazını İranın uyğun qurumlarına çatdırmalıdır. Bu addımların atılması İran hakimiyyətinin, onun KİV-inin Azərbaycana qarşı diqqətli olmasına yardım edər.
Çünki əvvəllər də İran hakimiyyəti və onun informasiya vasitələri Azərbaycanın dövlət bayrağına qarşı hörmətsizlik edib. Belə davranışın qarşısını almaq üçün etiraz bildirilməlidir. Əks halda İranın xarici işlər naziri M.Cavad Azərbaycan mətbuatında İranın Azərbaycana "yeni təyin olunacaq səfiri” kimi təqdim edilməlidir”.
Qeyd edək ki, Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov martın 9-da Tehrana səfər edib və İran rəhbərliyi tərəfindən qəbul olunub. Lakin İran prezidentinin və ölkənin Xarici İşlər Nazirliyinin saytlarının ingilis dilində olan versiyalarında Məmmədyarov Azərbaycanın İrandakı "yeni səfiri” kimi təqdim edilib. Bu məqam Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb və fərqli mülahizələr ortaya atılıb. Yaşanan olayın sadəcə "texniki səhv” olduğunu iddia edənlərlə yanaşı, Tehran hökumətinin qərəzli və məqsədli şəkildə belə bir "səhvə” yol verdiyini deyənlər də olub.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm