İranda üç SEPAH-çı öldürüldü




İranda baş verən iğtişaşlar zamanı İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) üç üzvü həlak olub.

APA-nın xəbərinə görə, bu barədə "Al Jazeera” telekanalı SEPAH-a istinadən xəbər verib.


İnsidentin ölkənin şimal-qərb bölgəsində silahlı şəxslərlə atışma nəticəsində baş verdiyi bildirilir. Digər təfərrüatlar barədə məlumat verilmir.