İrəvanda böyük savaş
06:58 16.02.2015
Arxiv
742
Fevralın 20-i Ermənistan tarixinin ən gərgin günü olacaq
Ermənistanda siyasi vəziyyət gərginləşir.
Yerli mətbuatın yazdığına görə, "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatlar öz mandatlarından imtina etmək niyyətlərindədirlər. Ekspertlər proqnozlaşdırır ki, digər müxalifət partiyalarının deputatları da onların yolu ilə gedəcək. Təbii ki, bu cür demarş erməni parlamentinin işinə təsir göstərəcək.
Respublikada tanınmış politoloq Levon Şirinyan xüsusi çağırılmış mətbuat konfransında bildirib ki, indiki hakimiyyətlə vidalaşmağın vaxtı məhz indi çatıb. Onun sözlərinə görə, ölkəyə siyasi və iqtisadi dəyişikliklər lazımdır.
Bununla yanaşı, parlamentin üç müxalifət partiyası fevralın 20-də İrəvanda genişmiqyaslı mitinq keçirilməsi barədə qərar qəbul edib.
Birgə bəyanatda bildirilir ki, respublikada siyasi iqlimin kəskin pisləşməsinə və hakimiyyətdəkilər tərəfindən törədilən repressiyalara qarşı dərhal reaksiya vermək lazımdır. Bəyanatda deyilir ki, ölkənin aparıcı müxalifət partiyaları Azadlıq meydanında vətəndaşlarla birlikdə Serj Sarkisyanın ətrafının yaratdığı çıxılmaz vəziyyətdən xilas olmaq barədə qərar qəbul edəcəklər.
Amma bununla yanaşı hakimiyyətdə olanlar təzyiqi artırıblar. Artıq dəfələrlə müxalifət fəallarının döyülməsi halları qeydə alınıb.
Bu gündən isə baş nazir Ovik Abramyanın şəxsi göstərişi ilə "Çiçəklənən Ermənistan" partiyasının lideri, ölkənin ən varlı adamı Qaqik Sarukyanın maliyyəsinin yoxlanması başlanılıb. Yoxlamanın əsas məqsədi müxalifətçinin vergidən yayınması faktlarının ortaya çıxarılmasıdır. Halbuki, bunu bir il, iki il və ya üç il qabaq eləmək olardı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm