İspaniyadakı soydaşımızdan mühüm çağırış: “...Səssiz qalmayın !

Vahid İmanov: “İspaniyada ermənilər bir neçə istiqamətdə Azərbaycan əleyhinə gizli və açıq fəaliyyət göstərirlər, Dağlıq Qarabağla bağlı imza toplayırlar”
"Son zamanlar ermənilər Avropada çox fəallaşıblar. Erməni diasporası Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropada yaşayan ermənilərə böyük məbləğdə vəsait ayırır”.
Bunu "Sherg.az”a İspaniyada yaşayan soydaşımız, Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosiyasıyası Direktorlar Şurasının üzvü, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniyadakı səlahiyyətli nümayəndəsi, İspaniya Azərbaycanlılar Birliyinin yaradıcısı Vahid İmanov deyib.
Uzun müddətdir İspaniyada fəaliyyət göstərən və ictimai-sosial poseslərdə aktiv iştirak edən V.İmanov Vətənini sevən hər bir azərbaycanlıya çağırış edib. Vurğulayıb ki, ermənilərin məkirli siyasətini ifşa etmək hər birimizin borcudur:
 "İspaniyada ermənilər bir neçə istiqamətdə Azərbaycan əleyhinə gizli və açıq fəaliyyət göstərirlər, Dağlıq Qarabağla bağlı imza toplayırlar. Hətta Haaqa Məhkəməsinə müraciət edərək, qondarma rejimin "dövlət” kimi tanınmasına nail olmağa çalışırlar. Xüsusən, 2018-ci ilin may ayından etibarən düşmənlərimiz ciddi canfəşanlıq nümayiş etdirirlər. Başqa adlarla ofislər açaraq öz məkirli siyasətlərini həyata keçirirlər. 
İspaniyanın Soriya və Madrid şəhərlərindəki ofis rəhbərləri birbaşa bu işlə məşğuldurlar. Soriya ofisinə Qari Şahbazyan, Madridə isə Karen Mardanyan başçılıq edir. Şəxsən mən əlimdən gəldiyi qədər ermənilərin imza toplama kampaniyasını ifşa etməyə, prosesi pozmağa çalışıram. Azərbaycanın İspaniyadakı səfirliyinə, konsulluğuna bu barədə məlumat vemişəm. Yaxın günlərdə onlarla görüşəcəm və ətraflı məlumat verəcəm”.
İAB-nin təsisçisi bildirib ki, öz iş yerində və ətraf yerlərdə şəhər sakinlərini maarifləndirir, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, ermənilər tərəfindən işğal edildiyini təbliğ edir:
"Torpaqlarımız hələ də işğal altındadır. Ermənilərin məkirli planları sadəcə İspaniyada deyil, digər Avropa ölkələrində də reallaşdırılır. Ona görə də bütün soydaşlarımıza səslənirəm ki, harada yaşamasından asılı olmayaraq, ermənilərin açıq-gizli arapdıqları oyunları ifşa etsinlər, səssiz qalmasınlar. Hamımız Vətən və Bayraq naminə canımızdan keçməyə hazır olmalıyıq”.
Məlumat üçün bildirək ki, 15 ildir İspaniyada yaşayan Vahid İmanov bir zamanlar əlinə silah alıb düşmənə qarşı döyüşən könüllülərdən olub. Qarabağ döyüşlərinin alovlandığı bir vaxtda orta məktəbdə təhsilini yarımçıq qoyaraq, 1992-ci ilin dekabr ayında Füzuli bölgəsinə yollanıb. Füzuli, Horadizdə döyüşlərdə iştirak edib. Yaşının olduğu üçün onu "malış” ləqəbi ilə çağırıblar. Hazırda İspaniyada erməni lobbisinə qarşı ciddi fəaliyyət göstərir.
İspaniyanın Soriya və Madrid şəhərlərindəki ofisin erməni  rəhbərlərinin fotoları:
  
İsmayıl