İsrailli nazir Xocalıya həsr olunmuş tədbirdə iştirak edəcək
13:07 24.02.2015
Arxiv
1479
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən İsraildə silsilə tədbirlər keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təşkilat "Xocalıya ədalət!” kampaniyası çərçivəsində sabah Akko şəhərində Azərbaycan və İsrail dövlət xadimlərinin iştirakı ilə Xocalı soyqırımına həsr edilən anım mərasimi təşkil edəcək.
Azİz-dən verilən məlumata görə, mərasimdə İsrail Baş nazirinin müavini, xarici işlər naziri, Knessetin deputatı Aviqdor Liberman, Azİz-in prezidenti, Knessetin deputatı Aleks Miller, Milli Məclisin deputatı, "Xocalıya ədalət!” kampaniyasının nümayəndəsi Fuad Muradov və digər rəsmi şəxslərin, həmçinin İsraildəki Azərbaycan diaspor nümayəndələrinin iştirakı planlaşdırılır. Tədbirdə Xocalı soyqırımı, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə, erməni vəhşiliklərinə dair çıxışlar olacaq, faciədən bəhs edən film nümayiş etdiriləcək və soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınmasına dair müzakirələr aparılacaq.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü olan Afula Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xocalı soyqırımına həsr edilən anım mərasimi keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2007-ci ildə yaradılıb. Təşkilatın təsis qurultayı və bir sıra tədbirləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. İsrail Baş nazirinin müavini Aviqdor Liberman Azİz-in fəaliyyətni daim yüksək qiymətlədirib, assosiasiyanın təşəbbüsü ilə keçirilən bir neçə tədbirdə şəxsən iştirak edib.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası "Xocalıya ədalət!” kampaniyası çərçivəsində, Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra layihələr həyata keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm