İstirahət günlərində yol qırğını: 7 ölü, 10 yaralı




Respublikanın daxili işlər orqanları tərəfindən fevralın 17-dən 19-dək 183 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.