İsveçrə mətbuatında Azərbaycanla bağlı yazı
07:25 02.11.2018
Arxiv
681
İsveçrənin İctimai Radio və Televiziya Korporasiyasının beynəlxalq xidməti olan swissinfo.ch saytı (https://www.swissinfo.ch/ita/tutte-le-notizie-in-breve/mauro-dell-ambrogio-in-visita-in-azerbaigian/44514636?fbclid=IwAR2KY2I02o93yq_VPvVBclJGduy303Z69ypso6oRfcKlJ8RsE-CBuWBJpC8 ) İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionun Azərbaycana səfərini işıqlandırıb.
Modern.az xəbər verir ki, "Mauro Dell'Ambrogio Azərbaycana səfər edib” sərlövhəli yazıda bildirilir ki, 2018-ci il oktyabrın 29-30-da Azərbaycanda səfərdə olan dövlət katibi Azərbaycan tərəfi ilə təhsil, elmi araşdırmalar və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi barədə saziş imzalayıb.
Yazıda qeyd olunur ki, Mauro Dell’Ambrogionu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə peşə təhsili sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Dövlət katibinin sözlərinə görə, səfər ticari imkanların öyrənilməsi məqsədilə federal müşavir Yohan Şnayder-Ammanın iyul ayında baş tutan iqtisadi missiyasının davamıdır.
Daha sonra Mauro Dell’Ambrogionun təhsil naziri Ceyhun Bayramovla görüşdə ali və peşə təhsili sahəsində məsələlərə dair müzakirələr apardığı vurğulanır. Azərbaycanda yerli iqtisadiyyatın şaxələndirilməsi üçün peşə təhsilinə böyük maraq göstərildiyi bildirilir. İsveçrədən olan nümayəndə heyəti İsveçrənin bir neçə universiteti ilə saziş imzalayan ADA Universiteti, o cümlədən ABB laboratoriyası və "Holcim” şirkətinin təhsil mərkəzinin yerləşdiyi Bakı Ali Neft Məktəbini ziyarət etdiyi də yazıda qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm