Mənzil tikinti kooperativlərin tikdiyi binalarda mülkiyyətçilərin icazəsi olmadan MMC yaradır, idarə edirlər. Halbuki proses mülkiyyətçilərin icazəsi ilə aparılmalıdır.
“JEK”lər ləğv olunur ?
13:37 07.02.2018
Arxiv
1132
Sahib Məmmədov:" “JEK”ləri bir qərarla ləğv etmək mümkün deyil. Hələlik bunu əvəz edəcək struktur düşünülməyib. Ona görə, məsələ açıq qalıb”
Mənzil tikinti kooperativlərin tikdiyi binalarda mülkiyyətçilərin icazəsi olmadan MMC yaradır, idarə edirlər. Halbuki proses mülkiyyətçilərin icazəsi ilə aparılmalıdır.
"Mənzil istismar sahələri əslində Mənzil Məcəlləsində nəzərdə tutulmayan strukturlardır”.
Bunu "Sherg.az”a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov söyləyib.
O qeyd edib ki, "JEK”ləri başqa idarəetmə formaları ilə əvəz etmək heç də həmişə alınmır:
"Mənzillərin idarəetmə formaları müxtəlifdir. Birincisi, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətidir(MMC). İkincisi, idarəedici təşkilat tərəfindən və nəhayət birgə mülkiyyət sahiblərinin yaratdığı müəssisə tərəfindən idarə olunur. "JEK”lər əslində de-fakto idarəedici təşkilat rolunu oynayır. İdarəedici təşkilatı mənzil mülkiyyətçiləri özü müəyyən etməlidir.
Mənzil tikinti kooperativlərin tikdiyi binalarda mülkiyyətçilərin icazəsi olmadan MMC yaradır, idarə edirlər. Halbuki proses mülkiyyətçilərin icazəsi ilə aparılmalıdır."JEK”ləri başqa idarəetmə sistemi ilə əvəz etməyə mülkiyyətçilər hazırdırmı? Əhalinin bu məsələdə passivliyi var. Bina mülkiyyətçiləri yığışmalı, müəssisə yaratmalı, hüquqi şəxs kimi onu qeydiyyatdan keçirməlidirlər. Bu zaman anlaşılmazlıqlar yaranacaq.
Sakinlərdən bəziləri ödənişi etməyəcək, bəziləri balkon çıxaracaq, blokda şkaf qoyacaq və s. Yeni tikilən binalarda da eyni vəziyyət olacaq. Nəzarəti bir azca zəiflədən kimi əhali ümumi mülkiyyətdə olan yerləri zəbt etməyə başlayacaq. Bu formalaşmış neqativ mədəniyyətdir.
"JEK”ləri bir qərarla ləğv etmək mümkün deyil. Hələlik bunu əvəz edəcək struktur düşünülməyib. Ona görə, məsələ açıq qalıb”.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "JEK” adlandırılan mənzil istismar sahələrinin ləğv ediləcəyi, bina sakinlərindən ibarət struktur yaradılacağı barədə məlumatlar dərc edilmişdi.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm