
Jest dili yetərincə təbliğ olunmur
09:12 13.03.2019
Arxiv
1195
Cəmiyyətimizdə eşitmə məhdudiyyətli uşaqlara çox az diqqət yetirilirDigər problem isə bu cür uşaqlarla işləyə biləcək psixoloqların sayının az olmasıdır
Uşaqların psixologiyasına diqqət yetirmək olduqca önəmlidir. Əsasən də həssas və xüsusi diqqətə ehtiyacı olan uşaqlarla ünsiyyət, onların psixoloji durumu hər kəsin ciddi yanaşacağı bir mövzu olmalıdır. Bəs eşitmə məhdudiyyətli uşaqların psixologiyasına yetərincə fikir veririkmi?
Cəmiyyətimizdə eşitmə məhdudiyyətli uşaqlara çox az diqqət yetirildiyini deyən loqoped-surdotərcüməçi Nigar Qədirli "Şərq”ə açıqlamasında bildirib ki, çox insan belə uşaqlarla ünsiyyətə girməkdən uzaq durur:

"Bunun səbəbi isə jest dilinin yetəri qədər təbliğ edilməməsidir. Jest dilini də digər dillər kimi əlavə dil hesab etmək olar. Biz hər hansı bir yerdə eşitmə məhdudiyyətli uşaq ilə qarşılaşdıqda onu anlamadığımız, onun bizlə ünsiyyət qurmaq üçün etdiyi hərəkətlər, bizə nəyisə başa salmaq istəyi çox qəribə gəlir. Bu zaman bizim onlara yanaşma tərzimiz onların qırılmasına, inciməsinə səbəb ola bilir. Belə uşaqlarla ünsiyyətin düzgün qurulmasında ilk iş onların valideynlərinin boynuna düşür. Bu dili ilk onlar öyrənməlidir. Çünki hər şeyin təməli ailədən başlayır.
Ailə uşağa nə qədər müsbət yanaşsa, uşaq üçün hansı şəraiti yaratsa, ətrafdan gələn reaksiyalar da həmin şəraitə uyğun olacaq. Jest dilini bilmək hər kəs üçün vacib olmalıdır. Necə ki, bizim xarici dili öyrənməkdə məqsədimiz bu dildə fikrimizi çatdıra bilməkdir, həmçinin jest dilini də bu məqsədlə öyrənsək, çox gözəl nəticələr əldə edə bilərik”.
N.Qədirlinin sözlərinə görə, cəmiyyətimizdə olan digər problemlərdən biri eşitmə məhdudiyyətli uşaqlarla işləyə biləcək psixoloqların sayının az olmasıdır:
"Çox vaxt eşitmə məhdudiyyətli uşaqların psixologiyasına ciddi yanaşmırıq. Bu yanaşmaların uşaqlarda əks təsirlərə səbəb olacağını düşünmürük. Axı onların da psixi problemləri, özlərinə məxsus narahatlıqları olur. Ona görə də istər psixoloqlar, istər pedaqoqlar, istərsə də loqopedler mütləq jest dilini bilməlidirlər.
Eşitmə əngəlli uşaqları digər uşaqlardan ayırmamalıyıq. Necə ki, eşitmə məhdudiyyəti olmayan uşaqların dərdini dinləyirik, problemlərini həll edirik, bunu eşitmə məhdudiyyətli uşaqlar üçün də tətbiq etməliyik.
Bunun üçün də jest dilini mütləq şəkildə bilməliyik. Jest dili yalnız müəllimlərə aşılanmamalıdır. Bizim bir çox müəssisələrdə işləyən işçilərimiz var. Bəs onlar bu dili bilirlərmi? Ən sadəsini misal göstərək, eşitmə məhdudiyyətli bir insan mağazalara daxil olduqda onu başa düşürlərmi? Bu zaman məhdudiyyətli insanlara çox qəribə baxışlar yaranır.
Bu isə onların psixologiyasına təsir edir.
Çünki biz onun etdiyi hərəkətləri anlamadıqda ona sanki bizdən biri deyilmiş kimi baxırıq. Bizim onlara yaratdığımız bu reaksiyalar onların özünəqapanmasına, cəmiyyətdən uzaqlaşmasına, ünsiyyətdən qaçmasına səbəb olur. Biz bu reaksiyaları aradan qaldırmaq üçün bir çox ictimai tədbirlərin keçirilməsinə vaxt sərf etməliyik.
Onlara məxsus verilişlər, reklamlar, məqalələr hazırlaya bilərik. Bunun nəticəsində də artıq cəmiyyətin onlara baxışını dəyişə bilərik. Jest dili onların əsas silahıdır. Onlar bu dil vasitəsilə sevirlər, fikirlərini, düşüncələrini qarşı tərəfə çatdırırlar, alış-veriş edirlər.
Gördüyünüz kimi, bu dil onların həyatında mühüm rol oynayır. Biz də onları anlamaq, onlara yad insan kimi baxmamaq üçün jest dilini dərindən öyrənməli və onların bizdən heç bir fərqi olmadığını dərk etməliyik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz