Keçid ballarını aşağı salmaq olmaz
20:15 03.02.2018
Arxiv
1851
Süni surətdə vəkil sayının artırılması keyfiyyət baxımından səmərəli deyil
Parlamentin yaz sessiyasının ilk iclasında millət vəkili Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasına üzvlüklə bağlı imtahan balının aşağı salınmasını təklif edib. Onun sözlərinə görə, vəkilliyə keçid balı 60 baldan 50-yə endirilsə, xeyli sayda yeni üzvlər Kollegiyaya seçilə bilər.
Deputat bölgələrimizdə vəkil çatışmazlığı məsələsinə də toxunub: "Azərbaycanda hər 100 nəfərə 8 vəkil düşür. Bizim elə rayonlar var ki, orda 1 hakim var, amma vəkil yoxdur. Elə etməliyik ki, hər rayonda heç olmasa, 3 hakim, 4-5 vəkil olsun”.
Parlamentin vitse-spikeri Ziyafət Əsgərov isə Vəkillər Kollegiyasına qəbulda keçid balının aşağı salınması təklifinə etiraz edib:
"Keçid ballarını 60-dan 50-yə endirmək doğru deyil. Sonra da deyəcəklər bunu yenə endirin, 40 bal olsun. Əgər hüquqşünas 60 balı toplaya bilmirsə, bu, qeyri-ciddi məsələdir”.
Maraqlıdır, keçid balları aşağı salınacağı təqdirdə bölgələrimizdəki vəkil çatışmazlığı aradan qalxacaq? Ümumiyyətlə, balların aşağı salınmasına ehtiyac varmı?
Keçid ballarının aşağı salınması ilə razılaşmadığını deyən hüquqşünas İradə Cavadova "Şərq”ə bildirib ki, qanunvericilikdə insanlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi əsas məsələlərdən biridir. Ballar aşağı salınacağı təqdirdə keyfiyyətli hüquqi yardımın olması mümkün deyil:
"Bu il Kollegiyaya üzv olmaq istəyən vəkillərə müəyyən şərait yaradılıb. Əvvəlki imtahanlarda məntiqlə bağlı suallar var idi və bu suallar daha çox riyaziyyata aid olan məsələləri əks etdirirdi. Vəkil namizədlər bundan şikayətlənirdilər. Lakin bu il həmin çətinliklər aradan qaldırılıb. Düşünürəm ki, indiki nəticələr uğurlu olub. Əvvəlki illərdə keçirilən imtahanlara baxdıqda səviyyənin çox aşağı olduğu görünür. Nəzərə alsaq ki, may ayında yenidən imtahanlar keçiriləcək. Yəqin ki, xeyli sayda hüquqşünas sənədlərini təqdim edəcəklər. Onların yarısı keçid balını toplasa, vəkillərin sayının artmasını müşahidə edə bilərik. Süni surətdə vəkil sayının artırılması keyfiyyət baxımından səmərəli deyil. Bizə savadlı, öz işini bilən kadrlar lazımdır. Yoxsa, sadəcə vəkil keçsin deyə, 10 min nəfər bal toplasın və onların əksəriyyəti savadsız olsun. Bu zaman vəkilliyin nüfuzu aşağı düşər. Məncə, keçid balının 60-dan aşağı salınması müsbət nəticə verməyəcək”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm