Keçmiş deputatın sabiq müstəntiq oğlu əfvə düşdü

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. 
Sherg.az-ın xəbərinə görə, Səfərov Rüfət Eldar oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 8 sentyabr tarixli hökmü ilə məhkum edilmişdi.
Xatırladaq ki, R.Səfərov keçmiş deputat, Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlunun oğludur. 
Anar