Kəpəzdə qorxunc hadisə: Meşədə gənc qıza işgəncə verdilər - FOTO

Türkiyənin Antalya şəhərində qorxunc hadisə yaşanıb. Sherg.az qardaş ölkə mətbuatına istinadən bildirir ki, olay yanvarın 30-da Kəpəz qəsəbəsində, Mazı Dağı istiqamətində meşəlik ərazidə baş verib.
Yaşları 15 - 20 arasında olan, 3-ü qız, 5-i oğlandan ibarət qrup, məlum olmayan səbəblə gənc bir qızı meşəlik əraziyə aparıb, döyərək işgəncə veriblər. Saçından sürüyüb, dəqiqələrcə qızı döyən qrup, gənc qızın pulunu da mənimsəyiblər. Videoda cinayətkar qrupun səsi da yer alıb. Döydükləri gənc qıza, hadisəni heç kimə bildirməməsini tapşıran qrup üzvləri,  polisə şikayət edərsə, ailəsinə də zərər verəcəkləri ilə təhdid ediblər. 
Maraqlıdır ki, qızı döyənlər, özlərinin törətdikləri bu cinayət əməllərini telefonla videoya çəkiblər.
Videogörüntünün mətbuata çıxmasından sonra, Antalya polisi hərəkətə keçib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən gənclər və döyülən qızın kimliyi araşdırılır.
Anar