Kollegiya sədri: Bölgələrdə vəkillərin sayı artırılmalıdır
15:19 12.02.2019
Arxiv
446
Azərbaycanın bölgələrində vəkillərin sayı olduqca azdır.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.
A.Bağırovun sözlərinə görə, bölgələrdə vəkil qurumları da azdır:
"Son bir il ərzində Azərbaycanda vəkillərin sayı xeyli artsa da, bölgələrdə bu proses çox zəifdir. Vəkillər kollegiyası 2004-cü ildə təsis edilib. Həmin vaxt ölkədə 300-dən bir az artıq vəkil fəaliyyət göstərirdi. 2018-ci ilə qədər ölkədə 934 nəfər vəkil var idi. Keçən il daha 600 nəfərdən artıq vəkil kollegiyaya qəbul edilib. Regionlarda da vəkillərin sayı iki dəfəyə qədər artıb. Amma bu yenə də azdır. Biz kollegiya olaraq heç kəsi məcbur rayona göndərə bilmərik. Bu, yalnız stimullaşdırıcı tədbirlərlə ola bilər. Biz bununla bağlı "Asan Xidmət"lə memorandum imzalamışıq. Memoranduma əsasən, regionlarda fəaliyyət göstərən "Asan Xidmət" mərkəzlərində vəkil büroları yaradılır. Artıq həmin bürolar fəaliyyətə başlayıblar. Bu çox uğurlu layihədir və nəticə də verir. "Asan Xidmət" mərkəzləri vəkillər üçün bütün şəraiti yaradırlar".
Kollegiya sədri bildirib ki, bununla yanaşı, ötən il regionda 11 vəkil qurumu təsis edilib:
"Məqsədimiz odur ki, hər bir şəhər və rayonda vəkil qurumu olmalıdır. Elə rayon var ki, orada bir neçə vəkil fərdi fəaliyyət göstərir. Amma biz istəyirik ki, həmin vəkillər birləşib bir büroda fəaliyyət göstərsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranın uranın zənginləşdirilməsindən imtina edəcəyinə əmindir
18:55 12.05.2026
Dünya
Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
18:45 12.05.2026
Siyasət
Rəşad Sadıqov: “Məğlubiyyətimiz 4 komandaya sərf edir”
18:38 12.05.2026
Futbol
Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər
18:24 12.05.2026
Dünya
Ermənistan indi başqa güclərin təsir alətinə çevrilib - ŞƏRH
18:15 12.05.2026
Gündəm
Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb
17:50 12.05.2026
Hadisə
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
17:31 12.05.2026
Dünya
Britaniyada siyasi böhran: Starmerə görə istefalar davam edir
17:11 12.05.2026
Dünya
Trampdan Çin həmləsi: ABŞ nəhənglərinin CEO-ları Pekinə gedir
17:02 12.05.2026
Dünya
MEDİA dəyirmi masa təşkil edib - FOTO
16:48 12.05.2026
Media
Madyarın qurduğu yeni hökumət təsdiqləndi
16:04 12.05.2026
Dünya
Kreml separatizmi yenidən gündəmə qaytarmağa çalışır - ŞƏRH
16:01 12.05.2026
Gündəm
ABŞ-İran qarşıdurması hələ bitməyib - RƏY
15:57 12.05.2026
Dünya
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya