Kreml də Sarkisyanla vidalaşmağa hazırlaşır
20:34 18.02.2015
Arxiv
554
Artıq Ermənistanda hakimiyyət dəyişikliyi zərurətə çevrilib
Ermənistanda prezident Serj Sarkisyan əleyhinə aylardır davam edən etiraz aksiyaları kütləvi həbslərlə müşayiət olunur. Bu ölkə polisi müxalif "Çiçəklənən Ermənistan” Partiyasının üzvlərini həbs etməyə başlayıb. Partiyanın paytaxt İrəvandakı Nor-Ork inzibati dairəsi üzrə ofisinin rəhbəri Artur Mamoyan fevralın 17-nə keçən gecə saxlanılıb.
Məlumata görə, bu barədə yerli "Azatutyun” radiosuna açıqlamasında təşkilatın parlament fraksiyasının üzvü Elinar Vardanyan deyib. Qurum yetkilisinin sözlərinə görə, partiyanın Malatiya-Sebastiya və Arabkir inzibati dairələrindəki fəalları arasında da həbs edilənlər var: "Son iki həftə ərzində baş verən hadisələrdən sonra məndə belə təəssürat yaranıb ki, Ermənistan 1937-ci ilə qaytarılıb. O illərdə həyata keçirilən repressiv metodlar bu gün də aktualdır. Müxalifətçilərə hücumlar və kütləvi həbslər prezident Sarkisyanın məlum göstərişindən sonra başlayıb”. Yada salaq ki, Sarkisyan fevralın 12-də hakim Respublika Partiyasının iclasında çıxış edərək "Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Tsarukyanı kəskin tənqid edib və onu Təhlükəsizlik Şurasının üzvlüyündən qovub.
Separatçı ölkəni bürüyən kütləvi həbs dalğasının səbəblərindən danışan politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, düşmən ölkədəki gərginlik pik həddə çatıb. Onun qənaətincə, sadəcə təzyiqi aşağı sala bilər: "Amma Sarkisyan unutmamalıdır ki, qaynayan qazan ya qapağını vurub qaldırır, ya da qazanın özünün partladır. Təcavüzkar rejim rəhbəri polis repressiyası ilə ölkədəki narazılıqları səngidə bilməyəcək. Doğrudur, Ermənistanda xalqın suverenliyi və hakimiyyəti dəyişmək səlahiyyəti yoxdur. Rəsmi İravana himayədarlıq edən ölkə vəziyyəti görür. Və anlayır ki, belə etiraz dalğası üzərində hakimiyyət uzun müddət dayana bilməz. Artıq Kreml də Sarkisyan əleyhinə çıxışlardan usanıb. Sanki Sarkisyanla vidalaşmağa hazılaşır. Hətta bəzi mətbu orqanlar qabağa gedərək, indiki prezidentin yerinə seçiləcək adamın adını çəkirlər. Mövcud reallıqlar fonunda zənn edirəm ki, separatçı ölkədəki qarşıdurma müxalifət fəallarının həbs edilməsi ilə səngiyə bilməz. Gərgin daxili, ziddiyət və aksiyalar Ermənistanda yeni hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Bu məsələ kifayət qədər inandırıcı görünür”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm