“Kreml öz məqsədlərini heç vaxt gizlətmir”
20:35 02.03.2015
Arxiv
1824
“Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi planı gizli deyil”
ABŞ dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, tanınmış politoloq Pol Qobl Ukrayna böhranının Cənubi Qafqaz bölgəsinə təsirlərindən danışıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsində gərginlik yaranarsa, Moskva müdaxilə edərək müharibəni dayandıracaq və dərhal bölgəyə sülhümühafizə qüvvələrini yerləşdirəcək.
Sülhü "qoruyan” qüvvələr isə rus ordusu olacaq. P.Qoblun sözlərinə görə, başı Ukrayna müharibəsinə qarışan və bölgədə yeni bir müharibə ocağının yaranmamasını istəyən Avropa və ABŞ bu məsələdə Kremli dəstəkləyəcək: "Təbii ki, bu zaman Rusiya öz qüvvələrindən münaqişənin həlli üçün deyil, Moskvanın nüfuzunun möhkəmləndirilməsi üçün istifadə edəcək.
Rusiyanın çox sayda qüvvələrini təkcə Ermənistan bazalarında deyil, Azərbaycanda da görəcəyimizi deyən ekspert vurğulayıb ki, o zaman gələrsə, Moskva rəsmi Bakıya təzyiq göstərmək üçün daha artıq vasitələrdən istifadə edəcək: "Bir azərbaycanlı politoloqun dediyi sözləri yada salmaq istəyirəm. Cənubi Qafqazda Gürcüstan vasitədir, Ermənistan alətdir, Azərbaycan isə mükafatdır. Heç kəs unutmamalıdır ki, Rusiyanın Cənubi Qafqazda maraqları Bakıda nəzarətə malik olmaqdır. Buna nail olmaq üçün Rusiya Gürcüstandakı və Ermənistandakı kimi bütün provokasiyalara əl atacaq”.
Qoblun dediklərini şərh edən politoloq Sülhəddin Əkbər bildirib ki, yeni olmayan bu iddiaların reallaşması mümkün və gözləniləndir: "Onsuz da Rusiyanın niyyəti açıqdır və hər kəsə bəllidir. Kreml öz məqsədlərini heç vaxt gizlətmir. Xatırlayırsızsa, 2008-ci ildə Rusiya Gürcüstana təcavüz edən zaman nə ABŞ, nə də Avropa Birliyi ölkələri buna hərbi cavab verə bilmədi. Çünki indiki halda Qərb dövlətlərinin regiondakı hərbi iştirakının səviyyəsi Rusiya ilə müqayisə edilməz dərəcədə aşağıdır. Həmçinin, prinsip olaraq, ABŞ, NATO və Avropa Birliyi Rusiya ilə qarşıdurmaya getmək niyyətində deyil. Rusiya da bunu yaxşı bilir. Moskva Cənubi Qafqaz məkanını həyati maraq zonası hesab etdiyinə görə, hərbi güc tətbiq etməkdən çəkinmir. Ukrayna Avropa Təhlükəsizlik sisteminin məhək daşı hesab olunduğu halda ərazisinin bir hissəsi işğal olunub. Gördüyünüz kimi, Qərb dövlətləri nəinki Rusiyaya hərbi qarşılıq vermir, hətta Ukraynaya müdafiə silahları belə vermir. Rusiya da bundan sui-istifadə edir”. S.Əkbərin sözlərinə görə, sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi planı gizli deyil: "Rusiya açıq şəkildə təklifini edir. Azərbaycan hakimiyyəti də, Ermənistan hakimiyyəti də bunu bilir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm