Kreml riyakarlıq edir
20:27 20.02.2015
Arxiv
687
Minsk-2 razılaşması Debaltsevonu işğaldan qurtara bilmədi
Rus ordusunun Ukraynadakı separatçılarla birlikdə Debaltsevo rayonunu ələ keçirməsi yeni bir situasiya formalaşdırıb. Debaltsevonu ələ keçirməklə öz niyyətində nə qədər prinsipial olduğunu ortaya qoyan Rusiya həm hərbi, həm də psixoloji baxımdan daha aşkar üstünlüyə yiyələnib.
Ekspertlər hesab edir ki, Debaltsevonun itirilməsi Ukraynanın öz ərazi bütövlüyünü təmin edəcəyi ilə bağlı gözləntilərin üstündən xətt çəkib. Politoloqların fikrincə, bundan sonra Rusiyanın Ukrayna münaqişəsi məsələsində əsas söz sahibi olacağı ehtimalı olduqca yüksəkdir. Amma Kremldən verilən açıqlamada deyilib ki, separatçılar Rusiyanın nəzarətindən çıxıb və yaşayış məntəqələri rus ordusunun iştirakı olmadan zəbt edilib.
Məsələyə münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Debaltsevonun işğalının Rusiyaya strateji baxımdan ciddi üstünlüklər qazandırdığını bildirib. Bundan başqa, politoloq hesab edir ki, separatçıların, guya Kremlin nəzarətindən çıxması ilə bağlı rəsmi Moskvanın verdiyi bəyanatlar həqiqətə söykənmir və rus riyakarlığının növbəti nümunəsidir: "Rusiyanın Debaltsevo rayonunu ələ keçirməkdə məqsədi, Ukraynanın cənub-şərq ərazilərini nəzarətə götürmək idi. Hansı ki, artıq buna nail oldu. Bildiyiniz kimi, aeroport uğrunda da kəskin döyüşlər getdi və tərəflərin bu məsələdə prinsipiallıq nümayiş etdirməsi hava alanının tamamilə bombardman olmasına, sıradan çıxmasına gətirib çıxartdı. Bu gün həmin aeroport yerlə-yeksan olmuş vəziyyətdədir. Təbii ki, Rusiya Ukrayna məsələsində yenə də riyakarlıq edir. Belə bir təəssürat yaratmaq istəyir ki, guya, atəşkəsi pozan ukraynalılardır, separatçılar isə guya, Kremlin nəzarətindən çıxıblar. Eyni hadisəni Dağlıq Qarabağda da müşahidə etmək olar. Əvvəllər ayrı-ayrı Rusiya rəsmiləri də deyirdilər ki, bizim daha ermənilərə gücümüz çatmır. Rusiyanın Azərbaycandakı səfiri Doroxin də bu yaxınlarda bildirdi ki, Rusiyanın heç də hər şeyə gücü çatmır. Yəni ki, biz ermənilərə düşündüyü qədər də ciddi təsir edə bilmərik. Şəxsən mən bu cür bəyanatları tamamilə qeyri-ciddi qəbul edirəm”.
Politoloq Elxan Şahinoğlu deyib ki, Debaltsevonun ardınca əsas strateji hədəf Mariupol şəhəridir: "Debaltsevo şəhəri rus separatçıların nəzarətindədir. Bunu Kiyev də etiraf etmək məcburiyyətində qalıb. Minsk-2 razılaşması Debaltsevonu işğaldan qurtarmadı. Çox güman ki, Mariupol uğrundakı gələcək döyüşləri də sığortalamaq iqtidarında deyil. Ukrayna ordusunun güclənməsinə, könüllü batalyonların mərkəzi komandanlığa tabe olmasına, bir sözlə, nizam-intizama ehtiyac var. Kreml ancaq güclə hesablaşır, qarşısındakını zəif hesab edirsə, onun üzərinə daha çox gedəcək”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm