"...KTMT-da bir problem varsa, o da Ermənistandır” - İşğalçı sıxışdırılır






"Cənab prezident İlham Əliyevin bəyan etdiyi kimi əgər KTMT-da bir problem varsa, o da Ermənistandır”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan hansı təşkilatda təmsil olunarsa, həmin qurumu ləkələyir, qaralayır:

"KTMT-da işğalçı Ermənistandan başqa bütün üzvlərin Azərbaycanla münasibətləri olduqca yüksək səviyyədədir. Hər dövlətlə ayrı-ayrılıqda dostluq əlaqələrimiz mövcuddur. Azərbaycan sözügedən quruma üzv olmaya-olmaya rəsmi Bakının fikirləri, mövqeyi orada Ermənistandan öncə nəzərə alınır. Belə olan halda yönü, istiqaməti bəlli olmayan Ermənistan təşklilat üçün əlavə yükə çevrilir. Rəsmi İrəvan dəfələrlə qurum adından öz təxribatçı məqsədləri üçün istifadə etməyə səy göstərib. KTMT-nı Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb. Son hadisələrdən sonra isə Ermənistan tamamilə rüsvayçı duruma düşüb, ifşa olunub. 

Ermənilərə aydın olur ki, onlar heç kimdir və heç bir qurumda çəkiləri, söz haqqları yoxdur. Əlbəttə, bunların hamısı bizim xeyrimizədir. Sirr deyil ki, təşkilatda əsas söz sahibi Rusiyadır. Ancaq Moskva isə Qazaxıstanın və Belarusun mövqeləri ilə hesablaşır. Hər iki dövlətin də Azərbaycanla yüksək əlaqələri mövcuddur. Artıq Ermənistan hərtərəfli sıxışdırılmaqdadır. Baş nazir Nikol Paşinyanın da qərbpərəst siyasət aparması burada öz sözünü deyir”.

İsmayıl