“Kukruz”un içərisindən siçan ölüsü çıxdı, cavabdeh yoxdur
20:34 25.02.2015
Arxiv
2505
Gigiyena və Epidemiologiya Mərkəzi deyirki , həmin məhsulu da özlərilə gətirsinlər
Bakıda fəaliyyət göstərən uşaq bağçalarının birinin bufetində satılan qarğıdalı çubuqlarının içərisindən ölü siçan balası çıxıb. Halbuki təhsil müəssisələrinin bufetlərinə xüsusi qurum tərəfindən nəzarət edilməli, keyfiyyətsiz, vaxtı ötən qidaların məktəblərə, bağçalara gətirilməsinin qarşısı alınmalıdır.
Amma görünən odur ki, bufetlərin əksəriyyətində dadlı, keyfiyyətli ev qidalarının yerini əsasən sağlamlıq üçün təhlükəli olan, tərkibi, hazırlanma şəraiti bəlli olmayan bulka, keks, çips, peraşki, suxari, "kukruz”, eləcə də müxtəlif qazlı içkilərlə dolu olur.
"Tık-Tık xanım” adlı qarğıdalı çubuğunun içindən çıxan siçan balası məsələsinə toxunan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası ilə əlaqə saxladıq. Qurumun müdiri İmran Abdullayev faktı araşdıracaqlarını deyib: "Əgər belə hal baş verərsə, bu zaman şikayətçi bizə məlumat verməlidir. Yaxşı olar ki, həmin məhsulu da özlərilə gətirsinlər”.
Paytaxtdakı bağçaların bufetlərində satılan qarğıdalı çubuqlarının içindən ölmüş siçanın çıxmasına münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov da BŞİH-nin tabeliyində olan bağçalarda belə bir halın baş verməsinin mümkün olmadığını deyib. Ekspertlər isə bağçalarda qida standartlarına əməl olunmadığı qənaətindədir.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu dövlət və ya özəl bağça olmasından asılı olmayaraq məsələyə uşaqların sağlamlığı nöqteyi-nəzərindən yanaşılmalı olduğunu deyib. Onun sözlərinə görə, bufetlərdəki şirniyyatlar, qidalar vaxtlı-vaxtında təzələnmir, həftələrlə piştaxtalarda qalır.
Təhsil eksperti bu vəziyyətdən çıxış yolu kimi ilk növbədə bufetlərə nəzarətin gücləndirilməli olduğunu bildirib: "Məktəb və ya bağçalardan qabaq bufetlərə ictimaiyyətin, valideynlərin nəzarəti olmalıdır. Uşaqlar bizim gələcəyimizdir - deyirlər. Bunun üçün də onların sağlam qidalanması parlaq gələcəyimiz üçün əsas şərtlərdən biridir. Uşaqlar günün əksər hissəsini bağçalarda, məktəblərdə keçirir və bu baxımdan bufetlərdə satılan qidaların təhlükəsizlik məsələsi bizim üçün prioritet olmalıdır”.
Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynovun sözlərinə görə, bufetlərdə satılan qidalara nəzarət Dövlət Komitəsinin hazırladığı xüsusi standarta əsasən edilir. Əsas məqsəd isə standartlara cavab verməyən müəssisələrin aşkar edilməsi və gələcəkdə belə halların baş verməsinin qarşısını almaqdır: "Problem yalnız bufetlərdə satılan məhsullarla bağlı deyil. Aparılan yoxlamalardan aydın olur ki, bağçalarda çox ciddi nöqsanlar var. Zamanla uşaq bağçalarında standartın tələblərinin kütləvi pozulması halları müşahidə olunur. Belə ki, bir çox məktəbəqədər tərbiyə müəssisələrində qidaların saxlanması, hazırlanması və verilməsi qaydalarına əməl olunmur. Anbarlarda məhsulların saxlanması zamanı texniki normalara riayət olunmur, saxlanma rejimləri müxtəlif olan məhsullar eyni sahədə və eyni şəraitdə saxlanır, o cümlədən əksər məhsulların uyğunluq sertifikatları və digər normativ sənədləri mövcud deyil. Həmçinin qida məhsullarının daşınması zamanı da nöqsanlar aşkar edilib. Eyni zamanda, uşaqlara verilməsi qadağan olunmuş qazlı sular və kolbasa məmulatlarından istifadə halları da yox deyil. Avadanlıqlar bərbad vəziyyətdədir. Yəni çox ciddi qüsurlar var”.
Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov isə bəyan edib ki, bağçaların bufeti olmamalıdır. Onların yalnız yeməkxanaları olur ki, orada da yeməklər bişirilir, satış isə təşkil edilmir. Bağçaların qida rasionuna qarğıdalı daxil deyil: "Bufetlər orta məktəblərdə, ali təhsil müəssisələrində olur. Qaldı ki, qidalara nəzarət məsələsinə, bunun bağçaların Bakı Şəhər İcra Hakimiyyətinə tabe olub- olmamasının heç bir fərqi yoxdur. Bütün bağçalarda qida təhlükəsizliyi aidiyyəti dövlət qurumu tərəfindən nəzarətdədir.
Konkret olaraq, uşaq qidası olan "kukruz”un içərisindən siçan ölüsü çıxmasına gəldikdə isə bu həmin qidanın hazırlandığı müəssisədəki natəmizliklə bağlıdır. Təbii ki, siçan ölüsü "kukruz”un içərisinə bilərəkdən atılmyıb, sadəcə olaraq müəssisə natəmiz olduğu üçün bu hadisə baş verib”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm