Lamiyə Quliyevadan ŞOK SÖZLƏR: "Bizə şərait yaradıldı və görüşdük"







Xeyli müddətdir Azərbaycan mediasının gündəminə çevrilmiş Lamiyə Quliyeva ANS telekanalına müsahibə verib.  4 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan L.Quliyeva necə hamilə qalmasından, eləcə də barəsindəki digər suallarla bağlı danışıb: "Mənim uşağımın atası məhkumdur. Onunla könüllü şəkildə görüşmüşük, DNT testi də verilib, nəticələr də məlumdur. Dustaqlıqda belə bir şey var ki, əlaqə saxlaya və görüşə bilirsən. Mən axırıncı dəfə Kürdəxanıya göndəriləndə onunla tanış oldum".
L.Quliyeva süni mayalanma məsələsinə belə münasibət bildirib: "Bunlar boş sözlərdir. Elə bir şey mümkün olsaydı, bütün qadın məhkumlar ana olardı. Mən nə laborant, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük. Düzü bilmirdim ki, ana olacam. Amma o məqsədlə görüşdük ki, mən ana ola bilim. Bəlkə də o, ailəlidir, övladı var və ailəsini qorumaq üçün, ya da bizim görüşümüzə şərait yaradan adamı satmamaq üçün belə deyir. Bunlar iyrənc söhbətlərdir".
L.Quliyeva ondan istifadə edilməsi ilə bağlı suala belə cavab verib: "Mən istəyərdim ki, məndən silah kimi istifadə etməsinlər. Bu məsələni, nə mən, nə mənim ailəm ictimailəşdirib. Xahiş edirəm, insanlar, cəmiyyət məni qınamasın. Mən əxlaqsızlıq deyiləm, nə seksual çatışmazlığım var, nə də kefimdən belə etmişəm. Sadəcə bunu etməkdə bir məqsədim olub ki, görsünlər ki, mən də varam".
L.Quliyeva onun 4 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi ilə münasibətinin olması ilə bağlı iddialara rəy bildirib: "Mənim həmin insanla rəis-məhkum münasibətim olub. Onun vaxtında aldığım cəzaları heç vaxt almamışam".