“Lazım olarsa, mən də Afrinə gedərəm” - Dövlət Baxçalı
20:39 06.02.2018
Arxiv
931
“Zülmə qarşı tərəfsiz qalmaq belə namussuzluqdur”
"Bu gün ora boz qurd işarəti ilə daxil olmaq istəyən yüz minlərlə MHP-li hazır gözləyir”
Türk Təbiblər Birliyi Türkiyənin Suriyada apardığı "Zeytun budağı” əməliyyatını tənqid edib və terrorçuların mənafeyinə uyğun açıqlamalar verib.
Birliyin mövqeyi Türkiyə ictimaiyyətinin sərt etirazına səbəb olub. Əksər siyasi partiyalar və qeyri-hökumət təşkilatları, o cümlədən həkimlər TTB-nin açıqlamasını sərt dillə tənqid ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib və Türk Təbiblər Birliyinin terrorçulara məhəbbət bəslədiyini deyib.
Milliyətçi Hərəkat Partiyasının lideri də Türk Təbiblər Birliyini türk düşməni adlandırıb. Partiya sədrinin sözlərinə görə, birlik həkimlərin utancı, həkimliyin üz qarasıdır: "Bu qurum haqqında dərhal hüquqi və qanuni tənzimləməyə start verilməlidir. CHP terrorçu PYD-ni təmizə çıxarma dərdindədir. Zülmə qarşı tərəfsiz qalmaq belə namussuzluqdur. Onlar terrorçuların cəzalandırılmasını "xalqın sağlıq problemi” kimi dəyərləndirirlər. Bu necə şərəfsizlik, satılmışlıqdır”. Dövlət Baxçalı vurğulayıb ki, "Zeytun budağı” əməliyyatı türklərin düşmənlərinə qarşı aparılan şərəfli mübarizədir: "Lazım olarsa, mən də Afrinə gedərəm. Bu gün ora boz qurd işarəti ilə daxil olmaq istəyən yüz minlərlə MHP-li hazır gözləyir. Milli varlığımıza kin və nifrət bəsləyənlər heç vaxt məqsədlərinə çata bilməyəcəklər. Türk millətinin mənfəəti siyasətin üzərindədir. Təhlükə çox ciddidir, artıq terrorçularla birdəfəlik hesablaşma vaxtıdır. Davamız haqdır, son silahlı xain ələ keçənə qədər əməliyyatlar davam etməlidir. Qəhrəman mehmetçiyimiz terrorçuları iman gücü ilə əzəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm