"Legitim" yazaq, yoxsa "Lejitim" ?- Professordan izah
11:59 16.02.2018
Arxiv
581
"Dilimizə daxil olan Avropa mənşəli sözlərin çoxunu rus dili vasitəsilə almışıq”.
Bu barədə "Sherg.az”a " bəzi dilçilərin "Legitim” sözü "lejitim" kimi yazılsın" təklifinə münasibət bildirərkən filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib.
Onun sözlərinə görə, bu sözün dilimizdə tələffüzü [legitim] şəklində oturub:
"Üzeyir Hacıbəyov 1906-cı ildə Rusca-Azərbaycanca lüğət hazırlayıb. Demokratik, iqtisadi, hərbi-siyasi proseslərlə bağlı çoxlu alınma sözlər qeyd edib. Bu sözlər rus dili vasitəsilə daxil olub və dilimizdə o şəkildə oturub. Mən dildə oturuşmuş sözlərdə düzəlişlərin aparılmasının tərəfdarı deyiləm. Bu hal dildə xaos yarada bilər.
İndən sonra dilimizə daxil olan sözləri mənbə dildə tələffüz edilən şəkildə qəbul edib, dilimizdə əks etdirməliyik. Bu təşəbbüs elmi cəhətdən müzakirə olunmalıdır. Amma bütün sözləri belə qaydaya uyğunlaşdırmağı qərara alsaq, Azərbaycan dilinin orfoqrafiyası dəyişməlidir. Bu qorxulu tendensiyadır.
Orfoqrafiya komissiyasının təklif etdiyi bir çox sözlərin dəyişməsi kimi hallar dildə sabitliyin pozulmasına gətirib çıxarır. Dilimizlə bu cür davranmağın əleyhinəyəm. Dil mühafizəkarlıq, qaydanı sevir. Düşünün ki, küçədə gur hərəkət var, birdən-birə işıqfor söndürülür, kim necə istəyir, elə hərəkət edir. Dilə konkret qaydalar tətbiq etməyəndə də bu cür xaos yaranır. Jurnalistlər və media nümayəndələri də dildə sabitliyin qorunub saxlanmasının tərəfdarı olmalıdır”.
Qeyd edək ki, "legitim" sözü Roman dil ailəsinə mənsub sözdür. Və o mənbə dilində "lejitim" kimi tələffüz olunur. Bu sözü öncə ruslar öz dillərinə "legitim" kimi daxil ediblər. Biz də bu sözü rus dilindən götürüb elə rusların işlətdiyi kimi işlətmişik.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou