Lənkərandakı hadisə yalnız mobil telefon qayğısıyla baş verən məsələyə oxşamır - Psixoloq
10:14 31.08.2017
Arxiv
829
4 uşaq anasında həyatdan getmək istəyinin baş qaldırması üçün dərin səbəblər lazımdır
Lənkəranda 4 uşaq anası gənc qadının intihara cəhdi ailə münaqişələri sırasına daha birini əlavə etdi. Bu dəfə ərlə arvad arasında yaşanan münaqişəyə səbəb mobil telefon oldu. Verilən xəbərlərdə bildirilir ki, Lənkəranın Vələdi kənd sakini, 26 yaşlı Aidə Cəlil qızı Əlizadə özünü qatarın altına ataraq intihara cəhd edib.
Qadın ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qadının həyat yoldaşı hadisə barədə danışaraq deyib ki, həyat yoldaşına mobil telefondan istifadəni qadağan edibmiş. Lakin həyat yoldaşının gizlin şəkildə mobil telefon aldığı və istifadə etdiyini görüb. Buna görə aralarında mübahisə yaşanıb. Ertəsi gün xanımı anasıgilə getdiyini deyərək evdən çıxıb. Lakin sonra qadının özünü qatarın altına atdığı məlum olub. Qeyd edək ki, intihara cəhd edən A.Əlizadə 4 uşaq anasıdır.
Mobil telefon qadağası, həyat yoldaşı ilə mübahisə, dava-dalaş 4 uşaq anasının intihar yolunu seçməsinə gətirib çıxara bilərmi?
Psixoloq Narınc Rüstəmova "Şərq”ə açıqlamasında bildirdi ki, məlum hadisədə ailədaxili münasibətlərin araşdırılmasına ehtiyac var. Həyat yoldaşının xanımına mobil telefondan istifadəni qadağan etməsi ailədaxili münaqişələrin son nöqtəsi də ola bilər:
- Əvvəla, onu deyim ki, elektronikanın inkişaf etdiyi bir dövrdə yaşayırıq və hazırda insanların əksəriyyətində müəyyən zərərli asılılıqlar mövcuddur. Bunlardan biri də mobil telefon, mesajlaşmaq, sosial şəbəkələrdə paylaşım etməkdir. Mobil telefon asılılığı ilk baxışda çox sadə görünə bilər, amma dərinə varanda, bunun həqiqətən də, yaşayışda insana çətinliklər yaşatdığı məlum olur. Hər bir insan gün ərzində ən azı 5 dəfə mobil telefonla təmas qurur. Amma saatlarla mobil telefonu əlindən yerə qoymayanlar var. Mobil telefon asılılığı hazırda dünyada narkomaniyadan sonra 4-cü ağır asılılıq sayılır. Almaniyada mobil telefon asılılığından qurtulmaq istəyənlər üçün xüsusi reabilitasiya mərkəzi fəaliyyət göstərir. Günün 24 saatının 12-15 saatının mobil telefonla təmasa həsr edilməsi, artıq xəstəlikdir - mobil telefon xəstəliyi. Lənkəranda baş vermiş ailə dramında isə ailədaxili münasibətlər araşdırılmalıdır. Ola bilər həmin xanımın evlilikdən öncə mobil telefon asılılığı varmış. Həyat yoldaşının qadağası ilə mobil telefonsuz qalan xanımın həyatı əziyyətə çevrilib. Nəyəsə asılılığı olan insanı ondan məhrum etmək, həqiqətən böyük əzabdır. Bunu birdən-birə, qəti şəkildə etmək düzgün deyil. Çünki bu hal insanı gərgin psixi vəziyyətə sala bilər. Digər tərəfdən, bu da mümkündür ki, həmin xanıma bundan öncə də hansısa qadağalar tətbiq edilib. Bəzi məhdudiyyətlər qoyulub. Biz işimiz gərəyi müxtəlif şəxslərlə təmasda oluruq, ən müxtəlif ailə hekayələri dinləyirik. Elə ailələr var, hətta televizora baxmağı qadağan edirlər. Belə şəraitdə insanın hansı addımı atacağı, necə reaksiya verəcəyini proqnozlaşdırmaq çətindir. Bəlkə o xanım mobil telefondan valideynləri ilə əlaqə saxlamaq üçün istifadə etmək istəyirmiş. Bəzən belə hallar da olur ki, gəlinə valideynləri ilə əlaqə saxlamaq, ata evinə gedib-gəlmək qadağan edilir. İnsanı bu cür qadağalarla əhatələmək, məhdudiyyətlər çevrəsinə salmaq, əlbəttə, bir gün əsəb partlayışıyla müşayiət oluna bilər. Görünür, bu qadın da nəhayət əsəb krizi keçirib. Belə vəziyyətdə insan özünə də xəsarət yetirə bilər, ətrafındakılara da. 4 uşaq anasında həyatdan getmək istəyinin baş qaldırması üçün dərin səbəblər lazımdır. Bu, yalnız mobil telefon qadağasıyla olan məsələyə oxşamır. Bu, ailədə problemlərin olduğu ehtimalını gücləndirir. Bəlkə də telefon qadağası bundan öncəki məhdudiyyətlərdə son nöqtə olub və əsəb gərginliyi keçirən qadını artıq intihara cəhdə aparıb çıxarıb. Ailədə qadın da, kişi də elə sağlam mühit formalaşdırmalıdır ki, ərlə arvadın biri-birindən gizlədəcəyi məsələ olmasın. Təəssüf ki, gənclər bunu bacarmır. Ailənin böyükləri, valideynlər də böyüklük, ağsaqqallıq edə bilmirlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual