Maşın yol kənarındakı arakəsməyə çırpıldı: yaralılar var




Gəncə yol qəzası baş verib.

Ona-nın qərb bürosunun məlumatına görə, Bakıdan Gəncə istiqamətə hərəkətə olan "Mersedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Avtomobil şəhərin girişində yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Avtomobildə 5 sərnişin olub. Sürücü, Bakı şəhər sakini Şahin Rəfiyev və sərnişinlərdən biri xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.