«Məhəbbət nədir ?» sualına psixoloqlardan sentimental cavablar - SORĞU





« Sain-et-naturel.com » saytı «məhəbbət nədir ? » sualı ilə psixoloq və ictimaiyyət nümayəndələri arasında sorğu keçirib. « Sherg.az« bu sualın cavabını oxuculara təqdim edir :


Professional və ixtisaslı məsləhətçi Andre Matev qeyd edib ki, eşqə düşmək uğurlu münasibətlərə zəmanət vermir. 

Bu hələ həqiqi, möhkəm əlaqə anlamına gəlmir. Münasibətlər hər iki tərəfdən əlaqəyə girmə bacarığı və uyğunlaşma tələb edir. Əsl münasibət sadə olmur, onlar bizi özümüzdən də dərin bir məqama çatdırır.

Psixoloq Meredit Hansen bildirib ki, əsl məhəbbət hər iki tərəfin bir-birindən sentimental asılılığı deməkdir. 

Bu o anlama gəlir ki, hər iki tərəf bir-birini sevməli, bir-birninin qayğısına qalmalı və bir-birininin şəxsiyyətinə olan hörməti qorumalıdır.

Tərəflər arasında münasibətlərin inkişafına nail olmaq üçün tərəflər bir-birinə ehtiyacı olan azadlığı verməlidir. Həm də tərəflərin həyatın bütün mərhələlərində birgə addımlaması, çalışması onların xəyallarının gerçəkləməsinə, münasibətlərinin daha da yaxşılaşmasına gətirib çıxara bilər.


Digər psixoloq Mark Şarpın qənaətinə görə, həqiqi və davamlı məhəbbət və münasibətə nail olmaq üçün tərəflər bir- birinin hissini qarşılıqlı şəkildə anlamalı və öhdəliklərini zamanında yerinə yetirməlidir.

Tərcümə etdi : Ayyət Əhməd