
Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini
07:06 16.02.2019
Arxiv
595
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin açılış mərasimində çıxışında deyib.
İ.İsmayılov bu gün Azərbaycana daha bir idman bayramının gəldiyini bildirib: "Dünyanın ən güclü gimnastları qədim və gözəl Bakı şəhərinə toplaşıblar. Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarında iştirak etmək üçün Odlar Yurdu Azərbaycana təşrif gətirmiş bütün qonaqları səmimi qəlbdən salamlayır və hər birinizə "Azərbaycana xoş gəlmişsiniz!” deyirəm”.
Nazir müavini qeyd edib ki, bu gün ölkəmiz dünyada artıq bir idman ölkəsi kimi tanınır: "Azərbaycan hər bir tədbiri, o cümlədən idman tədbirlərini yüksək səviyyədə keçirməyə qadirdir və bunun sübutu olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarını və 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını, həmçinin 2016-cı ildə təşkil edilmiş Ümumdünya Şahmat Olimpiadasını, 2016, 2017 və 2018-ci illərdə keçirilmiş Formula-1 Qran Pri yarışlarını, bir sıra idman növləri üzrə dünya və Avropa çempionatlarını, Dünya Kuboku və "Böyük dəbilqə” yarışlarını, yüzlərlə beynəlxalq turniri göstərə bilərik. 2019-cu ildə Bakı şəhərində keçiriləcək Avropa Gənclər Festivalı, futbol üzrə Avropa Liqasının final matçı və 2020-ci ildə təşkil ediləcək futbol üzrə Avropa çempionatının qrup oyunları da bu möhtəşəm silsilənin davamı olacaq”.
O vurğulayıb ki, bu gün Azərbaycan müasir, dünyəvi, sabit və demokratik bir ölkədir və insanların sağlam həyat tərzi sürməsi, gənclərin sağlam ruhda böyüməsi üçün hər bir şərait yaradılıb: "Təbii ki, bütün bunlar Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticədir. Ulu öndərin siyasətini davam etdirən ölkə Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya kompleksinin, möhtəşəm idman qurğularının açılaraq istifadəyə verilməsi və idmanın, Olimpiya hərəkatının inkişafına münbit şərait yaradılması ilə, idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artıb. Hələ keçmiş SSRİ dövründə belə, Azərbaycan idmançıları arasında Olimpiya çempionları və mükafatçıları, dünya və Avropa çempionları var idisə, bu gün bu çempionlarımızın sayı kifayət qədər yüksəlib”.
İ.İsmayılov bildirib ki, əksər idman növləri ilə bərabər, Azərbaycanda gimnastika idman növləri də sürətlə inkişaf etdirilir: "Xüsusilə 2002-ci ildə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb, bu sahədə uğurlu inkişafın əsası qoyulub. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişib”.
Nazir müavini əlavə edib ki, bu gün gimnastlarımız dünya və Avropa çempionatlarında, Dünya Kuboku və Qran Pri yarışlarında artıq dünyanın ən öndə gedən gimnastlarının əsas rəqiblərinə çevrilib, onlarla baş-başa mübarizə aparır və hətta onları qabaqlayaraq medallara sahib olurlar: "Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları hazırda iştirak etdiyiniz bu gözəl və möhtəşəm sarayda – Milli Gimnastika Arenasında keçirilir və bu yarışlar Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması ilə daha böyük maraq doğurur. Kubokda 30 ölkənin 200-ə yaxın idmançısı sırasına Olimpiya ulduzlarının da qatılması yarışın gərgin və maraqlı mübarizə şəraitində keçəcəyindən xəbər verir.
Belə möhtəşəm bir tədbirin keçirilməsində Azərbaycana etimad göstərmiş Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildirir, bir daha bütün idman ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik edir, iştirakçılara uğurlar və azarkeşlərə zövq bəxş etdirəcək çıxışlar nümayiş etdirməyi arzulayıram!”

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm