“Mehriban Əliyevanın Fransaya səfəri və baş nazirlə görüşü əhəmiyyətli idi”
12:17 12.03.2019
Arxiv
685
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri və bu səfər çərçivəsində baş nazir Eduard Filip ilə görüşməsi iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli idi”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur. Ancaq bununla belə əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur:
"Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biridir. Üstəlik də ATƏT-in Minsk Qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daima Azərbaycanın diqqət mərkəzindədər. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər irihəcmlidir. Fransanın baş naziri ilə görüşdə dəmiryolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövltin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır. Heç şübhəsiz, Fransa yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Mİnsk qrupunun həmsədrlərindən biri kimi ciddi bir öhdəçilik üzərinə götürüb”.
Parlament üzvü bəyan edib ki, biz digər həmsədr ölkələrlə bərabər bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik:
"Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi.
Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həllində çox da sadə olmayan bir mərhələdə Fransa baş nazirinin belə mövqe bildirməsi əslində ATƏT-in həmsədrlərinin bəyanatında səsləndirilən Helsinki Yekun aktında göstərilən milli müqəddaratı təyinetmə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır prinsipini dəstəkləmək kimi başa düşülür. Ona görə ki, bu bəyanatı qəbul edən ölkələrdən bir həmsədr ölkə kimi elə Fransadır. Bütün bunları ümumiləşdirsək, görəcəyik ki, səfərin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər həm də onun mühüm siyasi tərəfləri də var və bizim üçün olduqca əhəmiyyətlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm